“Founders Academy” proqramının 3-cü dalğasına qeydiyyat açılır!

PAŞA Holding-in dəstəyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və Future Education-un təşkilatçılığı ilə “Founders Academy” proqramının 3-cü dalğası başlayır.

Sözügedən proqramın məqsədi mövcud və ya gələcək startap qurucularına, eləcə də texnologiya və innovasiya sahəsində inkişaf etmək istəyənlər üçün xarici startaplarda iş təcrübəsi əldə etmək və praktiki biliklər qazanmağa dəstək olmaqdır.

Cari proqram Bakıda baş tutacaq 2 günlük “bootcamp” və ardınca xarici startaplarda 3-6 aylıq intensiv təlimdən və təcrübə proqramından ibarətdir. Bu unikal təcrübə iştirakçılara praktiki biliklər qazanmaqla yanaşı, Avropanın ən perspektivli startaplarına töhfə vermək şansı yaradacaq.

Qeyd edək ki, nəqliyyat və qonaqlama xərcləri təşkilatçılar tərəfindən tam təmin olunacaq. 

Proqrama bu keçid vasitəsi ilə muraciət edə bilərsiz – airtable.com

Son müraciət tarixi: 15.02.25

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img