ChatGPT Kompüter idarəetməsinə yiyələnir: Yeni funksiya 2025-ci ilin I rübündə istifadəyə veriləcək

OpenAI 2025-ci ilin ilk rübündə ChatGPT-nin istifadəçi adından kompüter əməliyyatlarını yerinə yetirə biləcək Operator adlı yeni funksiyasını təqdim edəcək. Bu barədə şirkətin məhsul direktoru Kevin Veil “The Wall Street Journal”a müsahibəsində məlumat verib. Veil qeyd edib ki, süni intellekt onun uşaqlarını futbol oyununda iştirak üçün qeydiyyatdan keçirməkdə müvəffəq olub.

Eyni zamanda, “The Information” nəşri Operator-un hətta bu həftə, yəni 26 yanvar 2025-ci ilədək təqdim edilə biləcəyini yazır.

OpenAI əlavə edib ki, yaxın zamanda o3-mini adlı təkmilləşdirilmiş məntiqi modelini, daha sonra isə tam o3 modelini 2025-ci ilin fevral və ya mart ayında istifadəyə verməyi planlaşdırır. Kevin Veil-in sözlərinə görə, süni intellektin öyrənmə sürəti artıb: Şirkət cəmi üç ay ərzində o1 modelindən o3-ə keçib və artıq növbəti modeli təlimdən keçirir.

Xatırladaq ki, 2024-cü il dekabrın 5-də OpenAI tam o1 məntiqi modelini istifadəyə vermişdi. Bu model aylıq $20 olan Plus abunəliyi və $200-lıq yeni Pro planı üçün əlçatandır.

2025-ci ilin yanvarın 22-də isə OpenAI, Oracle və SoftBank şirkətləri birlikdə ABŞ-da məlumat mərkəzlərinin tikintisi üçün $100 milyard ilkin investisiya ilə Stargate adlı yeni birgə müəssisə yaratdı.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img