Amazon ABŞ-da dronlarla kommersiya çatdırılmasını dayandırıb: sınaq zamanı iki cihaz qəzaya uğrayıb

Amazon dronları ilə çatdırılma xidmətini Texas və Arizonada müvəqqəti olaraq dayandırıb. Bu qərar, yağışlı hava şəraitində keçirilən sınaqlar zamanı MK30 modelindən olan iki cihazın qəzaya uğramasından sonra qəbul edilib. Bloomberg-in məlumatına görə, cihazlardan biri yerə düşdükdən sonra alovlanıb.

Şirkət çatdırılma xidmətini proqram təminatını yenilədikdən və ABŞ Federal Mülki Aviasiya Administrasiyasından (FAA) icazə aldıqdan sonra yenidən bərpa edəcək.

Amazon ABŞ-da dron vasitəsilə kommersiya yüklərinin çatdırılması üçün ilk icazəni 2020-ci ildə alıb. 2024-cü ildə FAA operatorların birbaşa görmə zonasından kənarda çatdırılmaları da təsdiqləyib.

Amazon-un əsas məqsədi 2030-cu ilə qədər ildə təxminən 500 milyon çatdırılmanı dron vasitəsilə həyata keçirməkdir. Lakin Bloomberg-in qeyd etdiyinə görə, Prime Air xidməti hələ ki, yalnız Texas və Arizonada kiçik sınaqlarla məhdudlaşdırılıb. Şirkət 2024-cü ildə Kaliforniyadakı sınaq poliqonunu bağlayıb.

Eyni zamanda, Amazon ABŞ-dan kənarda dronlarla çatdırılma imkanlarını da araşdırır. 2024-cü ilin dekabrında şirkət bu xidməti İtaliyada sınaqdan keçirib və yaxın zamanda Böyük Britaniyada testlər keçirməyi planlaşdırır.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img