ADY stansiyalarında ödənişlər üztanıma ilə həyata keçiriləcək

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin stansiyalarında ödənişlər tezliklə üztanıma ilə həyata keçiriləcək.

Bunu “AzİnTelekom” MMC-nin nümayəndəsi Tamerlan Məşhədihəsənli deyib.

O bildirib ki, artıq ADY ilə bu prosesə başlanılıb: “Bu, yaxın vaxtlarda həyata keçiriləcək. Yəni ADY-nin stansiyalarında ödənişlərin həyata keçirilməsi üztanıma ilə olacaq. Bundan başqa, binaların girişlərində bu sistemlərin istifadəsi üzərində də işlər gedir”.

O qeyd edib ki, şirkət daxilində bunun testləri aparılır: “Testlər uğurlu olsa, növbəti ildən bunun yerli bazarda satışına başlayacağıq”.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img