AZAL karbon emissiyalarının kompensasiyası proqramına start verir

“Azərbaycan Hava Yolları” (AZAL) QSC karbon emissiyalarının kompensasiyası proqramına start verir.

AZAL sərnişinlərinə karbon emissiyalarının kompensasiyası proqramında iştirak edərək səyahətlərini ekoloji cəhətdən daha məsuliyyətli etmək imkanı təqdim edir. Bu könüllü təşəbbüs iqlim dəyişikliyi ilə mübarizəyə və aviasiyanın ətraf mühitə təsirini azaltmağa yönəlib. Proqram çərçivəsində AZAL karbon emissiyalarının kompensasiyası sahəsində tanınmış lider şirkətlərdən biri olan “CarbonClick” ilə əməkdaşlıq edir.

Bu proqram vasitəsilə AZAL-ın hər bir sərnişini ekoloji layihələrə dəstək verməklə öz uçuşlarının ətraf mühitə təsirini azalda bilər. Kompensasiya prosesini aviabilet alarkən və ya alındıqdan sonra həyata keçirmək mümkündür. Sərnişinlər bu linkə keçid edərək öz uçuşlarının karbon izini hesablaya və təşəbbüsdə iştirak edə bilərlər: https://azerbaijanairlines.carbon.click/.

İqlim dəyişikliyinin ciddiliyini nəzərə alaraq aviasiya sahəsi bu problemin həllinə töhfə vermək üçün addımlar atır. Karbon emissiyalarının kompensasiyası proqramı çərçivəsində AZAL-ın sərnişinləri “Gold Standard” və VCS kimi beynəlxalq təşkilatlar tərəfindən sertifikatlaşdırılmış layihələri dəstəkləyirlər. Bu layihələr karbon emissiyalarını azaltmağa və təmiz enerji mənbələrinin istifadəsini artırmağa kömək edir.

AZAL aviadaşımalar zamanı CO2 emissiyalarını azaltmaq məqsədilə ekoloji təşəbbüslərini daha da genişləndirməyi planlaşdırır.

spot_imgspot_img

Oxşar xəbərlər

Koreya Mərkəzi Bankı rəqəmsal valyuta modelini dəstəkləyir

Bank of Korea namizədi Shin Huyn-song mərkəzi bank rəhbərliyinə əsaslanan CBDC modelini dəstəkləyərək stablecoin-lərin rolunun məhdud saxlanılmasını müdafiə etdi.

LLM agentləri ilə fintech xərclərini azaltmaq mümkündür

Fintech qrupu 'Svoy' LLM agentlərinin optimallaşdırılması üçün sistemli təlimat hazırladı. AI alətlərinin düzgün istifadəsi xərcləri azaldır və kodu daha dəqiq edir.

Bitcoin 75,000 dollara yaxınlaşır: yeni rally başlayır?

Bitcoin qiyməti 75,000 dollar həddini keçdi və analitiklər bu rally-nin davamlı olub-olmayacağını müzakirə edir. ETF-lərdən 291 milyon dollar çıxış qeydə alındı.

Microsoft 365 Copilot-a OpenClaw tipli agent xüsusiyyətləri gəlir

Microsoft, OpenClaw tipli agent xüsusiyyətlərini Microsoft 365 Copilot-a inteqrasiya etməyi test edir. Yeniliklər Build 2026-da elan ediləcək.

Amazon Leo təyyarələr üçün 1 Gbit/s peyk internet terminalı təqdim edib

Amazon Leo şirkəti təyyarələr üçün 1 Gbit/s yükləmə sürəti təmin edən yeni peyk internet terminalını təqdim etdi.
spot_img