Mastercard Priceless Azərbaycan aktivləşdirilib

Mastercard Azərbaycan üçün ilk “Priceless” tədbirini elan edir. Artıq yerli Mastercard kart sahibləri eksklüziv təcrübələrlə tanış ola biləcəklər “Göygöl Şərab Zavodu” ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbir regionda istehlakçılar üçün yeni faydalar erasının başlanğıcını qoyur.

“Priceless” Mastercard-ın kart sahiblərinə qastronomiya, idman, əyləncə və səyahət daxil olmaqla çox sayda unikal təcrübələr təqdim edən qlobal platformasıdır. “Priceless.com” platforması təkcə əməliyyat üstünlükləri ilə kifayətlənmir, həmçinin Mastercard kart sahiblərinə bənzərsiz fürsətlərdən yararlanmaq imkanı verir.

Azərbaycanda bu platformanın təqdimatı “Priceless Specials” proqramı çərçivəsində 120-dən çox yerli məkanda endirimlər və 20-dən çox ölkədə 400-dən çox məkanda keşbek mükafatları təqdim edən “Mastercard Traveler” proqramına giriş kimi eksklüziv üstünlüklərlə başlayır. Bu tədbirlə birlikdə “Priceless.com” platforması tezliklə yalnız Mastercard kart sahibləri üçün eksklüziv tədbirlər və təcrübələr mərkəzinə çevriləcək.

“Unudulmaz xatirələr yaratmaq və Mastercard kart sahiblərinə xüsusi təcrübələr təqdim etmək məqsədilə “Priceless.com”u Azərbaycana gətirməkdən məmnunuq. Bu tədbir təkliflərimizi genişləndirmək və kart sahiblərimiz üçün unikal dəyər yaratmaq hədəfi ilə çıxdığımız yolun başlanğıcıdır”, Mastercard-ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib.

“Priceless” platforması bank proqramları və veb-saytlara inteqrasiya edilərək istifadəçilərə eksklüziv təklif və imtiyazlara asan çıxış təklif edir. “Priceless.com”un Azərbaycanda işə salınan B2C tərəfi isə kart sahibləri üçün unikal təcrübələr yaratmaq məqsədilə yerli biznes və qlobal tərəfdaşlarla əməkdaşlığa əsaslanır. İndi hər an həqiqətən qiymətsizdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img