Azərbaycan Mərkəzi Bankı “İrşad” BOKT-a lisenziya verib

Azərbaycanda elektronika və məişət texnikası üzrə mağazalar şəbəkəsinə sahib olan “İrşad” da digər rəqibləri kimi maliyyə bazarına girir.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İrşad” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib. “İrşad BOKT” 1 milyon manat nizamnamə kapitalına sahibdir. 

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 57-yə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İrşad” BOKT-u ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, 25, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Zaur Miqirovdur.

Qeyd edək ki, buna qədər bir çox özəl şirkətlər həmçninin daxili kreditləşməni təmin etmək üçün BOKT-lər açıblar. Bu sırada hazırda “Embawood”un “EmbaFinans” BOKT-sini və “Optimal Elektroniks”in “Optimal Finance”sini misal göstərmək olar. Hər iki BOKT hazırda bazarda lisenziya ilə fəaliyətdədir. Digər BOKT yaradan isə “ABC-Telecom” MMC-dir. 

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img