“Azərikard” ilk ödəniş sistemi lisenziyası alan təşkilat oldu

“Azərikard” MMC Mərkəzi Bankdan ilk dəfə ödəniş sistemi operatoru lisenziyası alan təşkilat oldu.

Marja.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 sentyabr 2024-cü il tarixli Qərarı ilə “Azərikard” MMC-yə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Qeyd edək ki, indiyədək Mərkəzi Bank tərəfindən təşkilatlara elektron pul təşkilatı, və ödəniş təşkilatı lisenziyaları təqdim edilmişdi.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ödəniş sistemi operatoru (Mərkəzi Bank istisna olmaqla) ödəniş sistemləri sahəsində fəaliyyətini lisenziya aldıqdan sonra həyata keçirə bilərlər. Ödəniş sistemi – ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması üzrə rəsmiləşdirilmiş və standartlaşdırılmış ümumi mexanizm və qaydalara malik, üç və daha artıq iştirakçının üzv olduğu pul vəsaitinin köçürülməsi sistemidir. 

Ödəniş sistemi operatoru – Qanuna uyğun olaraq ödəniş sisteminin fəaliyyətini təşkil edən və həmin sistemin qaydalarını müəyyən edən şəxsdir.

Qeyd edək ki, indiyədək “A-Solutions Elektron Pul Təşkilatı” MMC, “United Payment” MMC, “Modenis” MMC, “PashaPay” MMC, “Mobile Payment Solutions” MMC, “Mpay” QSC, “Paysis” MMC, “PulPal” MMC, “Qoldenpey” ASC, “K Group” MMC, “Azərikard” MMC elektron pul təşkilatı, “Token Azərbaycan” MMC, “Global İnnovations” MMC, “Drakaris” MMC, “Multi Solutions” MMC, “M.A.X Sistemləri Plyus” MMC, “Cibpay” MMC ödəniş təşkilatı və “Azərikard” MMC ödəniş sistemi lisenziyası alıblar. 

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img