“mygov” rəqəmsal hökumət platformasının yenilənmiş versiya təqdim olundu

17 sentyabr 2024-cü il tarixində yenilənmiş “mygov”  rəqəmsal hökumət platformasının rəsmi təqdimat günü baş tutub. Tədbirdə dövlət və özəl qurumların rəhbər şəxsləri, media nümayəndələri və sahə ekspertləri iştirak ediblər.

 Tədbiri açılış nitqi ilə açan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş platformanın üstünlüklərinə diqqət çəkib:

“mygov” vasitəsilə vətəndaşlar bir neçə kliklə öz şəxsi məlumatlarına daxil ola və yeniləyə, vacib bildirişləri izləyə və həyat hadisələri ilə bağlı bəzi prosesləri avtomatlaşdıra bilərlər. Bu, daha şəffaf və istifadəçi dostu rəqəmsal hökumət ekosistemini inkişaf etdirir, vətəndaşların artıq fiziki ofislərdə vaxt keçirməyə və ya ağır sənədləşmə işləri ilə məşğul olmağa ehtiyac duymamasını təmin edir. Bu məqsədlərimizə uyğun olaraq ilin sonuna qədər vətəndaşlar tərəfindən alınan fiziki xidmətlərin 15%-nin rəqəmsal formaya keçməsini hədəfləyirik”

 Daha sonra çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri İnarə Vəliyeva platformanın missiya və hədəflərindən bəhs edib:

“İki il öncə bu yola çıxarkən hədəfimiz, vətəndaş mərkəzli və istifadəçi dostu bir platforma yaratmaq, davamlı və etibarlı yanaşma təqdim etmək idi. Bu gün isə vətəndaşlarımızın həyatını sadələşdirən, xidmət və məlumatları əlçatan edən çevik, və səmərəli bir rəqəmsal hökumət təqdim edirik. Uzunmüddətli texnoloji həllər qurmaqla yanaşı, beynəlxalq təcrübəni yerli şəraitə uyğunlaşdıraraq sürətlə inkişaf edirik. ‘mygov’ sadəcə bir platforma deyil, vətəndaşlarımız üçün dəstək və qayğının simvoludur”

Tədbirin davamında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədr müavini Rəşad Xalıqovun geniş təqdimatı baş tutub. Təqdimatda “mygov” platformasının təqdim etdiyi yeni xidmətlər və üstünlüklər haqqında məlumat verib.

  Belə ki, yenilənmiş versiyada ailə qurmaq, valideyn olmaq və yaxın qohumun vəfatı kimi vacib həyat hadisələri  ilə bağlı sənədləşmə prosesi sadələşdirilib. Nikah üçün lazımi sənədləri rəqəmsal şəkildə təqdim etmək, yeni doğulan uşaqların qeydiyyatını onlayn etmək və ailə üzvünün vəfatını qeydə almaq artıq platforma üzərindən mümkündür.

 “mygov” tətbiqində 40-dan çox məlumat “məlumatlarım” bölməsində yerləşdirilib. Bununla yanaşı şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm şəhadətnaməsi kimi sənədlər rəqəmsal formada təqdim edilir. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod və ya PDF şəklində paylaşa bilərlər. “mygov” mobil tətbiqində paylaşılan  məlumatların tarixçəsi ilə tanış olmaq və nə zaman, hansı qurum və müəssisə ilə paylaşıldığını görmək mümkündür. Eyni zamanda qurumlar tərəfindən sorğulanan fərdi məlumatların vətəndaşlar tərəfindən icazəsinin idarə edilməsi təmin edilib.

 Yenilənmiş versiyada təkmilləşdirilmiş axtarış sistemi, bildiriş modulu və müraciət funksiyası vasitəsilə vətəndaşlar dövlət xidmətləri ilə əlaqəni daha sürətli və şəffaf şəkildə qura bilərlər. Platformada eyni zamanda elektrik doldurma məntəqələrinin siyahısı, kommunal abunə kodlarının dəyişdirilməsi, pensiya kalkulyatoru, yerli icra hakimiyyətlərinə vətəndaş qəbulu kimi xidmətlər aktiv edilib.  

 Qeyd edək ki, təqdimatın sonunda media nümayəndələri üçün sual-cavab sessiyası təşkil olunub. İRİA rəhbərliyi tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Tron blokçeyn yaradıcısı Skoçlu Banan əsərini fantastik qiymətə alıb

İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə...

“Bitcoin” yeni rekord qıraraq 97 000 dolları keçdi

"Bitcoin" dəyəri tarixi maksimumu yeniləyərək 97 000 dolları (164.9...

“Perplexity” axtarış sistemində məhsul alışı da tətbiq edəcək

Belə ki, şirkətin süni intellektlə işləyən axtarış sistemi premium...

“Mastercard Azərbaycan” COP29 öncəsi “Dayanıqlı Kartlar” proqramının qlobal icrasını sürətləndirir

Azərbaycan dayanıqlı inkişaf məqsədləri istiqamətində, xüsusilə bərpa olunan enerji...

Uzum-un elektron ticarət sahəsində dövriyyəsi 3 dəfə artıb

Uzum Market-də təqdim edilən taksit məbləği və sifarişlərin sayı...
spot_img