Temu, dünyada ən çox ziyarət edilən 2-ci e-ticarət saytı oldu.

Çin mənşəli ucuz e-ticarət platforması Temu, eBay-i geridə qoyaraq dünya üzrə Amazon-dan sonra ən çox ziyarət edilən ticarət platformaları arasında ikinci sıraya yüksəlib.

Temu dünya üzrə populyarlığını artırarkən, platformanın məşhurluğu statistikalara da əks olunur. SimilarWeb-dən əldə edilən məlumatlara görə, Temu, ilk fəaliyyətə başlamasından cəmi iki il sonra eBay-i keçərək dünyanın ən çox ziyarət edilən ikinci e-ticarət saytı olub.

Temu, Amazon-un izində! Büdcəyə yönəlik onlayn pərakəndəçi, 70-dən çox ölkədə sürətlə genişlənmə yolu ilə ciddi böyümə qeydə alıb. SimilarWeb-in 2024-cü il avqust məlumatlarına görə, Temu veb portalı vasitəsilə aylıq təxminən 700 milyon ziyarət alır. Bu ziyarətlərin dörddə biri Amerika Birləşmiş Ştatlarından gəlir. Bu səbəbdən Temu, demək olar ki, hamısı ABŞ-lı istifadəçilərdən gələn 2,7 milyard aylıq ziyarətə malik Amazon-un dərhal arxasında qərarlaşıb.

SimilarWeb-in ziyarət əsasında tərtib etdiyi ilk 20 şirkət arasında Temu yeganə yüksələn e-ticarət şirkəti olub. Çin bağlantılı pərakəndəçinin bu il üçün 60 milyard dollarlıq satış hədəfi qoyduğu bildirilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...
spot_img