SiPay şirkəti Azərbaycan bazarına daxil olacaq

Türkiyənin ən sürətlə böyüyən ödəniş təşkilatı “Sipay” Azərbaycan bazarına daxil olmağa hazırlaşır.

Bunu şirkətin Baş direktoru Semih Muşabak bildirib. Onun sözlərinə görə, finteç (FinTech) şirkəti olan “Sipay” 2025-ci ildə Türkiyə xaricinə çıxaraq Azərbaycan və Böyük Britaniya bazarlarına daxil olmağı planlaşdırır.

İstanbulda yerləşən “Sipay” şirkətinin nizamnamə kapitalının 100%-i Nezih Sipahioğluna məxsusdur. 2019-cu ildə yaradılmış “Sipay”, 2023-cü ildə “Deloitte Technology Fast 50” reytinqində Türkiyənin ən sürətlə böyüyən “fintech” şirkəti olub.

“Sipay” bizneslər və fərdlər üçün ödəniş həlləri təklif edir. Şirkət rəqəmsal pul kisəsi infrastrukturu ilə kart və kartsız ödənişləri, pul köçürmələrini və bir çox alternativ maliyyə həllərini bir paneldə birləşdirib. “Sipay”in sürətli və etibarlı Virtual POS infrastrukturu və yeni nəsil fiziki POS-u ilə 24/7 əməliyyatlar aparmaq imkanı təqdim edir. 

Uzun və çətin virtual POS tətbiqi proseslərindən fərqli olaraq, “Sipay” ilə bütün banklarla tək-tək müqavilə bağlamadan debet kartları və kredit kartları ilə 24 saat ərzində sərfəli tariflərlə ödənişləri qəbul etməyə başlaymaq mümkündür.  Sipay Virtual POS-dan istifadə edən üzv şirkətlər bütün bankların kredit kartlarına taksitlə satış edə bilərlər.

Sayta inteqrasiya olunmuş “Sipay Pulqabı ilə Ödəniş” düyməsi ilə ödənişləri anında qəbul etmək mümkündür. Beləliklə, kredit kartı məlumatlarını paylaşmaq istəməyən müştərilərə rahatlıq və güvən təmin olunur. Onlayn satış edən, lakin hələ veb-saytı olmayan üzv bizneslər üçün hazırlanmış “Linklə Ödəniş” xidmətindən yararlanaraq, ödəniş linki yaradaraq bütün ödənişləri asanlıqla yığmaq mümkündür.

spot_imgspot_img

Oxşar xəbərlər

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...

OpenAI-dən Yeni Dövrün Başlanğıcı: ChatGPT Agent Artıq Kompüterinizin Əsl Operatorudur

OpenAI tənbəllər üçün deyil, gələcəyin istifadəçisi üçün nəzərdə tutulan...
spot_img