“PASHA Bank Cup VI” yarışının ilk təsnifat mərhələsi başladı

IT sahəsində təhsil alan və çalışan kadrların potensialının artırılmasına və bu sahəyə marağı olanların bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş “PASHA Bank Cup VI” yarışının ilk təsnifat mərhələsinə start verilib. 

“Data strukturları, axtarış və sıralama alqoritmləri” mövzusunda ilk təsnifat mərhələsi 16-18 avqust 2024-cü il tarixdə onlayn rejimdə keçirilir. Qeyd edilən tarixdə bu linkə keçid edərək, müsabiqəyə qoşulmaq mümkündür. 

Qeyd edək ki, “Data strukturları və alqoritmləri” mövzusunu əhatə edən “PASHA Bank Cup VI” yarışı 2 təsnifat və 1 final mərhələsindən ibarətdir. Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzu, hazırlaşmaq üçün mənbə və vaxt veriləcək. Onlayn keçirilən təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar yarışın oflayn şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və “PASHA Bank Cup VI” kuboku uğrunda mübarizə aparacaq. 

Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankda işləmək imkanı əldə edəcəklər. 

“Dinamik proqramlaşdırma və qraflar” mövzusunda olan ikinci təsnifat mərhələsi isə 30 avqust -1 sentyabr tarixlərində keçiriləcək. Yarışın final mərhələsi 29 sentyabrda Bakı Mühəndislik Universitetində baş tutacaq. 

Yarışa qoşulmaq üçün hər təsnifat mərhələsinin başladığı tarixdə müsabiqənin müvafiq saytında, “PAŞA Bank”ın sosial şəbəkə platformalarında və rəsmi “Digital Engineering” adlı Telegram kanalında paylaşılacaq linkə keçid alıb imtahanda iştirak etməyiniz kifayətdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img