TikTok Shop Böyük Britaniyada satıcı haqqlarını artırır

TikTok Shop satıcıları Böyük Britaniyada daha yüksək komissiya haqları ödəməli olacaqlar. Haqlar %5-dən %9-a artırılır. Lakin satıcılar TikTok Live və alış-veriş edilə bilən videoların hədəf sayısına çatarsa, bu haqları azalda biləcəklər.

TikTok Shop, 2022-ci ildə Böyük Britaniyada onlayn bazar yerinin açılmasından bəri ilk dəfə satıcı haqlarını artırır. Çinin ByteDance şirkətinin beynəlxalq filialı olan platforma, o dövrdə Avropada daha da genişlənəcəyini elan etmişdi. Lakin Böyük Britaniyada baş verən məyusedici hadisələrdən sonra bu genişlənmə təxirə salındı. Platforma, indi oktyabr ayında İrlandiya və İspaniyada açılış etməyi planlaşdırır.

TikTok Shop komissiya haqları %9-a qalxır; İndiyə qədər TikTok Shop satıcıları %5 komissiya ödəyirdi. Əhəmiyyətli dərəcədə aşağı olan bu faiz, platformaya maraq yaratmaq və daha çox satıcı cəlb etmək məqsədilə tətbiq olunurdu. Platforma, indi satıcı komissiya haqqlarını %9-a qaldırmaq qərarı alıb. Bu faiz, digər platformlarla müqayisədə nisbətən aşağı bir göstəricidir. Məsələn, eBay-in satıcı haqqları %5 ilə %14,9 arasında dəyişir. Ancaq eBay, dövri iqtisadiyyatı təşviq etmək məqsədilə son həftələrdə ikinci əl geyimlərdə satıcı komissiyalarını ləğv edib. Amazonun satıcı komissiyaları isə %7,14-dən %15,3 aralığında dəyişir.

TikTok Shop komissiya haqları istehlak elektronikası üçün yüksəkdir; Çoxsaylı onlayn bazar yerlərinin hər məhsul kateqoriyası üçün müəyyən haqqları var. Lakin, TikTok Shop komissiya haqqları bütün kateqoriyalarda eyni miqdarda tətbiq olunur. Buna görə də, istehlak elektronikası və IT kateqoriyalarında nisbətən baha başa gəlir. Çünki bu kateqoriyada eBay %6,9, Amazon isə %7,14 komissiya haqqı alır. Pərakəndəçilərin bu məhsulları satmaq üçün digər platformalara yönələ biləcəyi qeyd olunur.

Satıcılar komissiya haqqlarını azalda bilərlər; Platforma, həmçinin yeni bir “Satıcı vəzifələri” proqramına başlayır. Pərakəndəçilər, müəyyən sayda TikTok Canlı və ya alış-veriş edilə bilən video yarada bilərlər. Buradakı əsas fikir, satıcıların bu videolar vasitəsilə izləyici kütlələrini genişləndirmələri və eyni zamanda TikTok-un “kəşf et ticarəti”nə əsaslanan platforma olmaq missiyasına uyğun gəlmələridir. Bu hədəflərə çatmaq üçün satıcılar platformadakı digər məzmun yaradıcıları ilə əməkdaşlıq edə bilərlər. Hədəflərə çatarlarsa, satıcılar komissiya haqqlarını azalda bilərlər.

“Gələcəyin bazarına investisiya” TikTok Shop UK Əməliyyatlar Rəhbəri Yan Vilk, “Satıcılarımıza və alıcılarımıza mümkün olan ən yaxşı təcrübəni təqdim etməyə çalışırıq. Bu addım, satıcılarımızın uğur qazanmasına kömək etmək üçün təkmilləşdirilmiş əməliyyatlar və xidmətlər də daxil olmaqla, gələcəyin bazar yerini qurmağa daha çox investisiya etməyimizə imkan verir” dedi. Vilk, “TikTok Shop-da ən çox uğur qazanan satıcılar və brendlər, icmaları ilə TikTok Canlı və alış-veriş edilə bilən videolar vasitəsilə əlaqə quranlardır. Məzmun yaradılmasını artırmağa yönəlmiş yeni təşəbbüslərimizin satışları artıracağına əminik” ifadələrini istifadə etdi.

spot_imgspot_img

Oxşar xəbərlər

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

Bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir...

Azərbaycanda kriptovalyuta əməliyyatlarının həcmi 4,4 milyard dollara çatıb

Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb. Məlumata görə,...

Lojistika fintexi Kamyonda PARS VC-dən investisiya alıb

Kamyonda bütün bankların POS cihazlarını tək bir tətbiq vasitəsilə birləşdirərək...

Starbucks Azərbaycan mobil tətbiqi hazırlanır

Starbucks Azərbaycan Mobil Loyalti Tətbiqi Hazırlayır: Prosesə Türkiyə Şirkəti...

Amazon Avtomobil satışına start verib

Amazon bu həftə Amerikada Amazon Autos-u işə salmaqla onlayn...
spot_img