Ozon.ru Azərbaycanda fəaliyyətə başlayıb

Ozon Azərbaycanda fəaliyyətə başlayıb. Müştərilər artıq bazarda elektronikadan tutmuş gözəllik və sağlamlıq məhsullarına qədər 30 milyondan çox məhsul ala bilərlər. İstifadəçilər alışlarını partnyor çatdırılma məntəqələrində götürə biləcəklər.

Mətbuat xidməti qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda sifariş üçün mövcud olan malların çeşidi 10 dəfədən çox genişləndiriləcək. Bundan əlavə, Ozon ölkədə logistika infrastrukturunu – anbar komplekslərini, özünün çatdırılma xidmətini və françayzinq çərçivəsində sifarişlərin qəbulu və verilməsi üçün brend məntəqələr şəbəkəsini inkişaf etdirməyi planlaşdırır.

Gələcəkdə şirkət həmçinin yerli sahibkarları platformada satışa cəlb etməyi və Azərbaycandan Rusiya və digər MDB ölkələrinə mal axınını həyata keçirməyi planlaşdırır.

Ozon şirkətinin MDB-də Əməliyyatlar və İnkişaf üzrə direktoru Aleksey Sapon qeyd edib ki, Azərbaycan elektron ticarətin artım templərinə görə ən dinamik inkişaf edən ölkələr sırasındadır. “Biz əminik ki, bazarımız gələcəkdə yerli sahibkarların inkişafı üçün platformaya çevriləcək” deyə şirkətdən sitat gətirən Sapon bildirib.

Ozon 2021-ci ildən MDB məkanında biznesi inkişaf etdirir. Hal-hazırda onlayn pərakəndə satıcı Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda artıq biznes və logistika infrastrukturuna malikdir.
Qeyd edək ki, daha öncə Rus elektron ticarət platforması Wildberries də Azərbaycanda fəaliyyətə başlamışdı.

spot_imgspot_img

Oxşar xəbərlər

Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi...

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...
spot_img