Trendyol-dan iki ayda 4,5 milyon e-ixrac satışı

Trendyol mart və aprel ayları üçün elektron ixrac məlumatlarını açıqlayıb. Müvafiq olaraq, türk istehsalçıları iki ay ərzində təxminən 4,5 milyon məhsulu dünya bazarlarına çıxarıblar. Ən çox satışı həyata keçirən ölkələr Səudiyyə Ərəbistanı və Azərbaycan olub.

Açıqlanan məlumatlara görə, Türkiyə məhsullarına ən çox maraq göstərən şəhərlər Ər-Riyad, Ciddə, Bakı, Dubay, Məkkə və Əbu-Dabi olub. Körfəz bölgəsi üst və alt kostyumları, Azərbaycanın tişört ehtiyaclarını, Mərkəzi və Şərqi Avropa (CEE) və DACH (Almaniya və Avstriya) bölgələri isə paltar ehtiyaclarını Türkiyədən qarşılayıb.

Qaziantep, Dənizli, Adana və Mersin e-ticarətlə dünya bazarlarına açılan şəhərlərdə liderlik etib. Kocaeli isə ilk dəfə olaraq ən çox ixrac edilən 10 şəhər arasında yer almağı bacarıb.

Körfəz bölgəsi üçün Ramazan kampaniyasının elektron ixraca müsbət təsir etdiyi bildirilərkən, türk satıcılarının Ramazan ayında Körfəz bölgəsində 1 milyondan çox satış etdiyi vurğulanıb. Körfəz bölgəsinə edilən satışların bütün satışların 25 faizini təşkil etdiyi bildirilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img