Trendyol Azərbaycana daşınma qiymətində dəyişiklik edib?

Dünəndən etibarən Facebook sosial şəbəkəsində onlayn alış-veriş qruplarında Trendyoldan sifariş etdikdə, Azərbaycanda çatdırılma üçün alınan xidmət haqqlarında dəyişiklik edildiyi barədə məlumatlar yayılıb.

Deyilənə görə, şirkət qiymətləri 2.5 dəfə artırıb – “Dünənə kimi 79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti bu gündən 199.99 TL (10.63 azn) hesablanacaq.”

Məsələ ilə əlaqədar “Trendyol Azərbaycan” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyi olub: “Yeni qaydalara əsasən, məhsul çeşidimizin çox kiçik bir hissəsində müxtəlif həcmli bağlamaların qiyməti fərqlənir. Məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL – 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər”.

Qeyd edək ki, desi dedikdə bir bağlamanın ümumilikdə ölçüsü (eni, uzunluğu) nəzərdə tutulur.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img