Lcw.com yay mövsümü satışlarını 62% artırıb

Moda və geyim pərakəndəçisi LC Waikiki-nin onlayn mağazası olan “lcw.com” bu ilin may ayında ticarət platformasına çevrilmişdi. Yenilənmiş platformanın 2024 yay mövsümünə aid nəticələri açıqlanıb. Məlumata görə, lcw.com, keçən ilə nisbətən yay mövsümündə satış miqdarında 62%-lik artım əldə edib.

Lcw.com 590 marka və 275-dən çox satıcını bir araya gətirir

Lcw.com-dan verilən açıqlamaya əsasən, lcw.com qısa müddətdə istifadəçi dostu dizaynı və geniş məhsul çeşidi ilə rəqəmsal alış-veriş mərkəzinə çevrilərək, bazardakı mövqeyini gücləndirib. Üç ay əvvəl moda sektorunda bir ticarət platforması olaraq fəaliyyətə başlayan LCW, 590 marka və 275-dən çox satıcını platformasında bir araya gətirir. Platformada təxminən 230 min məhsul onlayn istehlakçılara təqdim olunur.

Üzv sayı 16 milyona çatdı

LCW, iyun-avqust 2024 aylarını əhatə edən üç aylıq dövrdə əhəmiyyətli satış rəqəmlərinə nail olub. 2023 yay mövsümü ilə müqayisədə 2024 yay mövsümündə onlayn satış miqdarında 62%-lik artım qeydə alınıb. Bu dövrdə Lcw.com-un üzv sayı 16 milyona çatıb. Sayta baş çəkən müştərilərin alış-verişə çevrilmə nisbəti isə 2,5%-dən yüksək olub.

Ayaqqabı və ev əşyaları ən çox tələb edilən məhsullar arasındadır

Platformada təqdim olunan ayaqqabı və ev əşyaları, qadın kateqoriyasında ən çox tələb görən məhsul qrupları arasında yer alıb. Yay aylarının ən çox seçilən məhsulları arasında, geyim kateqoriyasında alt geyim, idman ayaqqabısı, şort və paltarlar ön planda olub, geyim xaricində isə kettle kimi ev əşyalarına böyük tələbat müşahidə olunub. Lcw.com geniş məhsul çeşidi və sərfəli kampaniyalarla, modadan ev əşyalarına qədər bir çox sahədə seçilən bir platforma olub.

“Uğur qrafikində yüksəlişimizi davam etdiririk”

LC Waikiki-nin E-Ticarət üzrə baş direktoru və İdarə Heyətinin üzvü Ömər Barbaros Yiş, 2021-ci ildə bazar yerlərindən çıxmaq qərarını xatırladaraq, bu qərardan sonra bütün səylərini infrastruktur yatırımlarına, müştəri təcrübəsini təkmilləşdirməyə və etibarlı satıcı əlaqələrinə yönəltdiklərini bildirib.

Ömər Barbaros Yiş qeyd edib ki, “Lcw.com tam olaraq bir ticarət platformasına çevrildiyi üç ay ərzində satış miqdarında 62%-lik artımla uğur qrafikimizdə yüksəlişimizi davam etdiririk. Lcw.com-u moda sahəsində bir ticarət platformasına çevirərkən əsas prioritetimiz və diqqətimiz, müştərilərimizə rahat alış-veriş imkanı təmin edərək yaxşı təcrübə yaşatmaq olub.”

Yiş əlavə edib ki, “Məqsədimiz moda sahəsində məhsul çeşidini artıraraq, müştəri məmnuniyyətini, texnologiyanı və rəqəmsallaşmanı diqqət mərkəzində saxlayaraq, müştərilərimizə davamlı və etibarlı alış-veriş təcrübəsi təmin etməkdir.”

spot_imgspot_img

Oxşar xəbərlər

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico, müştərilərinin alış-veriş təcrübəsini daha sərfəli və rahat etmək...

Qadın sahibkarlar üçün daha bir fürsət: 15 000 AZN qazanmaq şansı!

Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s...

Epoint və United Payment arasında Memorandum imzalandı

(®) Global Innovations (Epoint) və United Payment arasında qarşılıqlı...

Mərkəzi Bank “Payriff” şirkətinə icrası məcburi olan göstəriş verib

Şirkət məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halını...

Fintexlər sistem əhəmiyyətli ödəniş sistemlərində iştirak edə biləcək

Azərbaycanda fintexlərin sistem əhəmiyyətli ödəniş sistemlərində birbaşa və yaxud...
spot_img