4SİM: Kriptovalyuta biznesindən gəlir əldə edənlər üçün yeni vergi qaydaları hazırlanır

Azərbaycanda kriptovalyuta biznesindən gəlir əldə edənlər üçün yeni vergi qaydaları hazırlanır.

Bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “Chain Reaction 2024” forumu çərçivəsində keçirilən “Rəqəmsal və metakainat iqtisadiyyatına giriş” adlı panel müzakirəsi zamanı bildirib.

Bundan başqa, o qeyd edib ki, Azərbaycan elektron tender və viza platformalarını, fintex sahəsində maliyyə həllərini fəal inkişaf etdirir, pərakəndə ticarət, kiçik və orta müəssisələr üçün yeni imkanlar yaradır.

“1 200-dən çox kiçik və orta müəssisəyə dəstək göstərməyi planlaşdırırıq ki, bu da biznesə daha sürətlə rəqəmsallaşmağa, fəaliyyətini ölkə daxilində və beynəlxalq bazarlarda genişləndirməyə imkan verəcək,” – deyə icraçı direktor qeyd edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img