Yeni “Tələbə+” kartı təqdim ediləcək

Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” şirkəti arasında memorandum imzalandı

Korporativ Sosial Məsuliyyət strategiyasına əsasən hər zaman təhsilin inkişafına dəstək məqsədilə keçirilən layihələrdə yer alan Kapital Bank daha bir təşəbbüslə yadda qalıb. Belə ki, ötən gün Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında memorandum imzalanıb. 

Sənədi Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Visa” şirkətinin Azərbaycan üzrə ölkə meneceri, Baş direktor Nurlan Hacıyev imzalayıblar.

Memoranduma əsasən tələbələrə yeni “Tələbə+” kartı təqdim ediləcək. Bu kartla tələbələr sosial layihələrdə iştirak etmək, yüzlərlə partnyor mağazalarında endirimlərdən yararlanmaq və Birbank mobil tətbiqində kart xərclərinə nəzarət etmək fürsəti əldə edəcəklər. Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə ilə bağlı gözləntilər olduqca böyükdür. 

Bu haqda bankın rəsmisi Fərid Hidayətzadə çıxışında da qeyd edib: “Kapital Bank olaraq bu təşəbbüsə imza atmaqla bir daha təhsilin və gənc nəslin inkişafında maraqlı olduğumuzu ifadə edirik. Ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq bu kimi layihələrlə biz həm də əmək bazarına investisiya etmiş oluruq. Biz yaxşı bilirik ki, bu günün təhsilli gəncləri, gələcəyin peşəkar mütəxəssisləridir. Müasir dövrdə isə istənilən sahədə, xüsusən də bank sektorunda bilikli mütəxəssislərə ehtiyac var. Biz bu gün investisiya etdiyimiz hər bir gənci gələcək həmkarımız kimi dəyərləndiririk”.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu tərəfdaşlığın  tələbələrin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqini təmin etmək məqsədi daşıdığını qeyd edib.

Nurlan Hacıyev isə şirkət olaraq layihənin bir hissəsi olmaqdan məmnun olduqlarını və bütün tələbələri əhatə edəcək layihənin əhəmiyyətindən danışıb.  

Qeyd edək ki, “Tələbə+” kartının avantajları, tələbələrə yaratdığı imkanlar və digər xüsusiyyətləri haqqında ən qısa zamanda məlumat veriləcək. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. 

spot_imgspot_img

Oxşar xəbərlər

ABB mobile-da gənclərə özəl yeni loyallıq proqramı– FaydaMania!

ABB Mobile gənclər üçün yeni qazandıran bir loyallıq proqramını...

Azərbaycanda “Gətirdim” çatdırılma xidməti işə düşür

Azərbaycanda "Gətirdim" çatdırılma xidməti istifadəyə verilir.  "Gətirdim" xidməti supermarketlər üçün...

“Azərpoçt” ötən il 124 minə yaxın ödəniş kartı buraxıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt”...

Turan United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda,...

“Kontakt home” bank xidmətləri göstərəcək

"Kontakt App" – Gələcəyin Bank Xidməti: Rahat, Sürətli və...
spot_img