Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla həyata keçiriləcək.

Xəzər TV-yə istinadən, Dövlət Gömrük Komitəsi “Smart Customs” saytı və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, bir neçə aydan sonra xaricdən məhsul sifarişi edən şəxslər elektron ticarət bəyannamələrini artıq identifikasiya nömrəsi (FİN kod) və parol vasitəsilə təqdim edə bilməyəcəklər.

Yeni qərara əsasən, bu xidmətdən yalnız ASAN İmza, SİMA və ya myGov / QR vasitəsilə istifadə etmək mümkün olacaq.

Daşıyıcı şirkətlərin əməkdaşlarının sözlərinə görə, hazırda tətbiq olunan təsdiqləmə prosesi – yəni FİN kod və parol vasitəsilə aparılan bəyannamə – gücləndirilmiş identifikasiya hesab edilmir.

İqtisadçılar isə bildirirlər ki, bu dəyişiklik gömrük və vergi sistemində nəzarətin gücləndirilməsi məqsədi daşıyır.

Dövlət Gömrük Komitəsindən qeyd olunub ki, göstərilən tarixdən sonra malların bəyan edilməsi zamanı problem yaşanmaması üçün vətəndaşlara əvvəlcədən ASAN İmza və ya SİMA elektron imzasını əldə etmələri tövsiyə olunur.

spot_imgspot_img

Oxşar xəbərlər

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...
spot_img