XalqOnline-da Digital Card-la ödənişə 20% keşbek!

Xalq Bank Digital Card rəqəmsal məhsulu üzrə yeni kampaniyaya start verir.

Kampaniya müddəti ərzində Digital Card sifariş edən XalqOnline istifadəçiləri kampaniyanın sonunadək tətbiqdə etdiyi ilk minimum 10 AZN ödənişə 20 %, mövcud Digital Card sahibləri isə 10 % keşbek qazanacaq.

Kampaniyada XalqOnline tətbiqi üzərindən aparılan mobil, kommunal, internet və digər ödənişlər iştirak edir (köçürmə, maliyyə, dövlət ödənişləri istisna olmaqla). Kampaniyada qazanıla biləcək maksimal keşbek məbləği 10 AZN-dir, təklif 17 martadək qüvvədədir.

Qeyd edək ki, Digital Card XalqOnline istifadəçiləri üçün nəzərdə tutulan rəqəmsal debet kartıdır. Kartı banka gəlmədən və vaxt itirmədən birbaşa XalqOnline tətbiqində əldə edərək aktivləşdirmək mümkündür. Digital Card vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar. Kart AZN valyutasında və pulsuz təqdim edilir, istifadə müddəti 1 ildir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

spot_imgspot_img

Oxşar xəbərlər

PayPal ChatGPT-yə inteqrasiya olunur: Süni intellektdə ödənişlərin yeni mərhələsi

PayPal süni intellekt sahəsində mühüm bir addım ataraq, ChatGPT-yə...

“Azərbaycan Fintex Assosiasiyası”na yeni sədr təyin edilib

"Azərbaycan Fintex Assosiasiyası" ("Azfina") İctimai Birliyinin İdarə Heyəti (İH)...

Western Union Solana üzərində dollar dəstəklı stabilkoin buraxacaq

Dünyanın ən qədim pul köçürmə şirkətlərindən biri olan Western...

Qırğızıstan dövlət kriptovalyutasını təqdim edib

Qırğızıstan, Binance ilə əməkdaşlıq çərçivəsində öz milli kriptovalyutası olan...

m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir 

Tərəfdaşlıq ölkənin milli valyutası Azərbaycan manatı (AZN) ilə birbaşa...
spot_img