“Visa” və Təhsilin İnkişafı Fondu əməkdaşlıq razılaşması imzalayıblar

“Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti və Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu əməkdaşlıq razılaşması imzalayıblar. İmzalama mərasimi Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbiri çərçivəsində baş tutub.

Razılaşmanı “Visa”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş ilə Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov imzalayıblar.

Azərbaycan “Visa” üçün böyük bazar və strateji tərəfdaş ölkədir – “Visa”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.

“Visa”nın qlobal baxışı ödənişləri rəqəmsallaşdırmaq, innovasiyaları stimullaşdırmaq və fasiləsiz müştəri xidmətini təmin etməkdir. 1997-ci ildən Azərbaycanda fəaliyyətə başlayan “Visa” bu illər ərzində innovativ həllər təqdim edib və sərmayə qoyub. Azərbaycan hökuməti, Mərkəzi Bank və maliyyə institutları ilə əməkdaşlıq “Visa”ya ödənişlər sahəsində yeni innovasiyalar tətbiq etməyə və ödənişləri Azərbaycan xalqı üçün daha sadə, daha rahat və təhlükəsiz etməyə imkan verir”, – deyə o qeyd edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Apple Qara Siyahıdakı Çin Çip İstehsalçısı CXMT ilə Danışıqlara Başlayır

Apple, Çinli çip istehsalçısı CXMT ilə çip tədarükü üçün danışıqlara başlayır.

Ford Süni İntellekt Səhvini Düzəltdi: 350 Mühəndis Geri Qaytarıldı

Ford, süni intellektə həddindən artıq güvənməyin səhv olduğunu qəbul edərək 350 mühəndisi geri qaytardı.

Süni İntellekt Xərçənglə Mübarizədə: Konnor Kristu Claude-dan Necə Faydalandı?

Konnor Kristu süni intellekt vasitəsilə xərçənglə mübarizə aparır.

Tether 23 Milyard Dollarlıq Qızıl Ehtiyatını Kredit Mexanizminə Çevirir

Tether, tokenləşdirilmiş qızıl XAUT üçün kredit mexanizmini işə salır.
spot_img