“Visa” və Təhsilin İnkişafı Fondu əməkdaşlıq razılaşması imzalayıblar

“Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti və Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu əməkdaşlıq razılaşması imzalayıblar. İmzalama mərasimi Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbiri çərçivəsində baş tutub.

Razılaşmanı “Visa”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş ilə Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov imzalayıblar.

Azərbaycan “Visa” üçün böyük bazar və strateji tərəfdaş ölkədir – “Visa”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.

“Visa”nın qlobal baxışı ödənişləri rəqəmsallaşdırmaq, innovasiyaları stimullaşdırmaq və fasiləsiz müştəri xidmətini təmin etməkdir. 1997-ci ildən Azərbaycanda fəaliyyətə başlayan “Visa” bu illər ərzində innovativ həllər təqdim edib və sərmayə qoyub. Azərbaycan hökuməti, Mərkəzi Bank və maliyyə institutları ilə əməkdaşlıq “Visa”ya ödənişlər sahəsində yeni innovasiyalar tətbiq etməyə və ödənişləri Azərbaycan xalqı üçün daha sadə, daha rahat və təhlükəsiz etməyə imkan verir”, – deyə o qeyd edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Nvidia Groq 3 LPX istehsalına başlayır: 20 milyard dollarlıq lisenziya

Nvidia, Groq-un texnologiyaları əsasında hazırlanmış Groq 3 LPX süni intellekt çiplərinin istehsalına başlayıb. İlk istifadəçi Nebius olacaq.

5 sığorta şirkətinin haqları azaldı – ən böyük geriləmə Qala Sığortada

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın 15 sığorta şirkətindən 5-nin sığorta haqları azalıb, 10-nun isə artıb.

Xpeng 900 milyon dollardan çox investisiya aldı: dəyərləmə 6.3 milyard dolları keçdi

Elektrikli avtomobil istehsalçısı Xpeng 900 milyon dollardan çox investisiya alıb.

Azərbaycanda sığorta yığımları 1 milyard manatı keçdi

Azərbaycanda sığorta yığımları 1 milyard manatı keçib. 2026-cı ilin yanvar-iyul aylarında 16 sığorta şirkəti üzrə toplanan ümumi sığorta haqqı 1 milyard 6 milyon manat təşkil edib.

Rusiyada kritik infrastruktur obyektlərinin idarə edilməsi dövlətə verilə bilər

Rusiyada yeni fərman kritik infrastruktur obyektlərinin dövlət tərəfindən idarə edilməsinə imkan verir. Bu, marketpleyslərin anbarlarına təsir edə bilər.
spot_img