Visa, süni intellekt dəstəyi ilə ödəniş qoruma texnologiyası təklif edən Featurespace-i alır.

Keçən il maliyyə dünyasının ən önəmli şirkətlərindən biri olan Visa-nın süni intellekt istehsal edən şirkətlərə 100 milyon dollar sərmayə yatıracağını sizlərə bildirmişdik. Bir il keçdikdən sonra Visa süni intellekt yönümlü yeni bir satınalma ilə qarşımıza çıxır.

Visa tərəfindən verilən məlumata görə, şirkət süni intellektlə ödəniş qoruma texnologiyası inkişaf etdirən Featurespace-i alır. Visa və Featurespace arasında baş tutan satınalma müqaviləsinin maliyyə detalları haqqında rəsmi açıqlama verilməsə də, şirkətə yaxın mənbələr bu alqı-satqının 700 ilə 950 milyon dollar arasında olduğunu bildirir.

Bu satınalmanın zəruri təsdiqlərin alınmasından sonra 2025-ci ildə tamamlanacağı gözlənilir. Visa-ya görə, şirkət Featurespace-i saxtakarlıq aşkarlama və risk qiymətləndirmə sahələrində təqdim etdiyi həlləri təkmilləşdirmək məqsədilə satın alıb.

2008-ci ildə Bill Fitzgerald və David Excell tərəfindən Cambridge-də qurulan Featurespace, süni intellekt texnologiyası ilə real vaxt rejimində ödənişləri qorumağı bacarır. Qeyd edək ki, Featurespace indiyə qədər bir çox sərmayə alıb. Cəmi 108 milyon dollar sərmayə toplayan startapın sərmayədarları arasında Imperial Innovations, TTV Capital, Highland Europe, Future Fifty, Insight Partners, MissionOG və Chrysalis Investments kimi şirkətlər yer alır.

Featurespace-in müştəriləri arasında HSBC, NatWest, TSYS, Worldpay, Danske Bank, Edenred, Permanent TSB və Akbank kimi əhəmiyyətli firmalar var.

spot_imgspot_img

Oxşar xəbərlər

Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri

“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin təhlili: İqtisadi sabitlik və pərakəndə...

Shein qalmaqalı: uşaq görkəmli seks kuklaları satışdan çıxarıldı

Çin mənşəli Shein şirkəti, Fransada uşaq görkəmli seks kuklaları...

Shopify-də Sİ axtarışı ilə edilən sifarişlərin sayı 11 dəfə artıb

Şirkətin gəliri 2025-ci ilin üçüncü rübündə 32% artıb. Süni intellekt...
spot_img