“Uklon” taksi xidməti rəsmi olaraq fəaliyyətini sonlandırır!

2023-cü ildə PAŞA Holding Ukraynanın Uklon şirkəti ilə əməkdaşlığa başlamış və birgə tərəfdaşlıq zamanı taksi biznesinin ekosistemə müsbət təsiri, eləcə də bu biznesin ümumilikdə ekosistemə yeni müştərilərin cəlb edilməsi və saxlanılması baxımından faydalılığı müşahidə olunmuşdur.

Məlumata görə, PAŞA Holding öz ekosistem strategiyası çərçivəsində genişləndirmək və daha da inkişaf etmək məqsədi ilə yeni, müasir, mütərəqqi biznes sahələrini araşdırır.

Açıqlama: “Biz bu biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirmək istəyirik. Bu məqsədlərə nail olmaq üçün PAŞA Holding avtonəqliyyat sifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdən keçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır. Uklon ilə tərəfdaşlıq bizim inkişafımızda mühüm addım oldu və biz bu dəyərli təcrübə üçün tərəfdaşımıza minnətdarıq”, – holdinqin mətbuat xidməti bildirilib.

spot_imgspot_img

Oxşar xəbərlər

n11 yeni loqosunu təqdim edib

Türkiyənin ən köklü e-ticarət platformalarından biri olan n11, on...

PayPal ChatGPT-yə inteqrasiya olunur: Süni intellektdə ödənişlərin yeni mərhələsi

PayPal süni intellekt sahəsində mühüm bir addım ataraq, ChatGPT-yə...

Papara-nın elektron pul lisenziyası ləğv edildi

Türkiye Cumhuriyet Merkez Bankası (TCMB), Papara-nın elektron pul qurumu...

“Azərbaycan Fintex Assosiasiyası”na yeni sədr təyin edilib

"Azərbaycan Fintex Assosiasiyası" ("Azfina") İctimai Birliyinin İdarə Heyəti (İH)...

Western Union Solana üzərində dollar dəstəklı stabilkoin buraxacaq

Dünyanın ən qədim pul köçürmə şirkətlərindən biri olan Western...
spot_img