“TurkicExport” portalının layihəsi təqdim edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi (TDAM) və “Azexport.az” portalının ortaq ideyası olan “TurkicExport” portalı layihəsi Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinə təqdim olunub.

Məlumata görə, bununla bağlı TDAM-ın rəhbəri Ayhan Satıcı, “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov, TDT Katibliyinin layihə direktoru, Qazaxıstandan “Astana Hub”ın nümayəndəsi və “Metaverse” Təhsil və Sağlamlıq Mərkəzinin nümayəndə heyəti videoformatda görüş keçiriblər.

Görüşdə bu ideya ilə bağlı İİTKM-in kifayət qədər təcrübəyə malik olduğu diqqətə çatdırılıb və portalın hazırlanması istiqamətində ilkin müzakirələr aparılıb. Bildirilib ki, “TurkicExport” portalının hazırlanması TDT-nin regiondakı dinamik rolunu nəzərə alaraq ticarətin və investisiyaların təşviq olunmasına xidmət edəcək. Bu çərçivədə “Azexport.az” portalının uğurlu nümunəsi və portal çərçivəsində qlobal çağırışlara uyğun olaraq “Metaverse” kimi innovativ həllərin tətbiq olunması iştirakçıların nəzərinə çatdırılıb. Qeyd edilib ki, xüsusilə də “Azexport.az” portalının beynəlxalq elektron ticarət platformaları vasitəsilə “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi və ölkədə elektron ticarətin inkişafı istiqamətində həyata keçirdiyi layihələr türk dünyasında ticarət və investisiyanın təşviq edilməsi üçün müvafiq addımların atılmasına stimul ola bilər.

spot_imgspot_img

Oxşar xəbərlər

Çin startupı 2000 yuan qarşılığında süni intellektlə evliliyə zəmanət verir

Çinli startup süni intellekt əsaslı tanışlıq xidmətində evliliyə zəmanət verir: cütlük evlənməzsə, abunə haqqı geri qaytarılır.

Volvo Rusiyada ticarət nişanını qeydiyyatdan keçirdi

İsveç avtomobil istehsalçısı Volvo Rusiyada ticarət nişanını qeydiyyatdan keçirib, bu addım bazar strategiyası ilə bağlı müzakirələrə səbəb olub.

Google DeepMind süni intellekti RSA-1024 şifrələmə zəifliyini 1600 dəfə tez tapdı

DeepMind-ın süni intellekt agentləri RSA-1024 şifrələməsindəki zəiflikləri əvvəlki üsullara nisbətən 1600 dəfə daha sürətli aşkar edib.

Binance France istifadəçilərə hesabların 31 dekabrda bağlanacağını elan etdi

Binance France istifadəçilərə hesablarının 31 dekabrda bağlanacağını elan edib. Birjada qalan aktivlərə noyabrın 29-dan aylıq ödənişlər tətbiq ediləcək.

ChatGPT hesab bloklaması istifadəçiləri narazı saldı: Pro abunələr də zərər çəkdi

ChatGPT istifadəçiləri heç bir xəbərdarlıq almadan hesablarının bloklandığını bildirir. Pro abunəçilər də bu problemdən zərər çəkib.
spot_img