“Trendyol” Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Trendyol” oktyabrın 9-da Bakıdakı ofisinin açılışını edib.

Bu addım “Trendyol”un Azərbaycan bazarına sadiqliyini və inamını nümayiş etdirir.

“Biz qardaş ölkə olan Azərbaycanda çox qısa müddətdə əlamətdar uğurlara imza ata bildik. Ortaq mədəni irsi paylaşmağımız, bu ölkənin gücünə və potensialına güclü inamımız sayəsində biz özümüzü burada hər zaman evimizdə kimi hiss edirik”, – deyə “Trendyol” Qrupunun baş icraçı direktoru Erdem İnan bildirib.

Azərbaycan bazarına daxil olduğu 2023-cü ildən etibarən “Trendyol” ölkədə ən çox yüklənən və ən çox istifadə edilən e-ticarət platformasına çevrilib. Cəmi 18 ay ərzində “Trendyol” 2 milyona yaxın müştəri qazanıb.

“Beynəlxalq bazarlara doğru genişlənməmizin əvvəlindən Azərbaycanda rəqəmsal ekosistemin inkişafına əhəmiyyətli töhfə verməklə, fəaliyyət göstərdiyimiz ölkənin potensialını kəşf etmək bizim üçün önəmli idi. Biz bu dinamik bazarda böyük potensial görürük və azərbaycanlı müştərilərimizə və tərəfdaşlarımıza daha innovativ həllər, xidmətlər və imkanlar təklif etməkdən məmnunuq”, – deyə E.İnan bildirib. “Trendyol olaraq biz Azərbaycanla inkişaf edən elektron ticarətə töhfə verməyə çalışırıq. Bakı ofisinin dəstəyi və Azərbaycanda fəaliyyətimizi gücləndirməklə 2028-ci il üçün hədəfimiz ticarət həcmini 1 milyard dollara çatdırmaq, 60 milyon məhsul satmaq və 3 milyon müştərini əhatə etməkdir”, – deyə E.İnan əlavə edib.

“Trendyol” şirkəti “PAŞA Holdinq” MMC ilə strateji tərəfdaşlığa imza atıb. “PAŞA Holdinq”in müxtəlif sektorlardakı geniş bazar təcrübəsini və “Trendyol”un texnologiya, logistika və istehsal sahəsindəki güclü tərəflərini birləşdirərək, bu əməkdaşlıq Türkiyə ilə Azərbaycan arasında rəqəmsal körpünün yaradılmasına, eləcə də Azərbaycanda elektron ticarət ekosisteminin inkişafına töhfə verir.

“Trendyol kimi oyunçuların bizim iqtisadiyyata daxil olması və bu şirkətlə əməkdaşlıq etmək bizim üçün həqiqətən qürurvericidir. Şirkəti yeni ofisinin açılması münasibəti ilə təbrik edirik və əməkdaşlığımızın uğurlu olacağına inanırıq”, – deyə “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.

Azərbaycanda rəqəmsal ekosistemi daha da inkişaf etdirmək üçün “Trendyol” müxtəlif tərəfdaşlara rəqəmsallaşma üzrə hərtərəfli təlim proqramları təqdim edəcək.

“Trendyol” müxtəlif biznes nümayəndələri, inkişaf tərəfdaşları və dövlət qurumları ilə əməkdaşlıq edərək rəqəmsallaşma, qadınların səlahiyyətləndirilməsi və keyfiyyətli təhsilin dəstəklənməsinə yönəlmiş mühüm sosial layihələrə də start verib.

Dayanıqlıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk Türk e-ticarət şirkəti olan “Trendyol” həmçinin Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək ki, bu da qlobal istiləşmə ilə mübarizə üzrə gələcək öyrənmə və kollektiv səylər üçün mühüm imkan yaradacaq. COP29-a hazırlıq dövründə “Trendyol” bir sıra maarifləndirmə təşəbbüslərində fəal iştirak edib.

spot_imgspot_img

Oxşar xəbərlər

İnnovasiya ekosistemi oyunçularının sertifikatlaşdırılması və akkreditasiyası proqramına yekun vurulub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Qlobal İnnovasiya İnstitutu...

Azərbaycanda dövlət və özəl poçt şirkətləri arasında rəqabət mübahisəsi: sahibkar narazılıq edir

“Azərpoçt” MMC-nin beynəlxalq onlayn ticarət platforması Temu ilə əməkdaşlığa...

Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“Azərpoçt”un “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb....

“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA

“Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard” prosessinq mərkəzinin lisenziyasında elektron...

Wolt yeni “Packages” funksiyanı təqdim edir: İndi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!

Wolt-un Azərbaycandakı istifadəçiləri üçün əla xəbər! Artıq Wolt tətbiqində yalnız...
spot_img