Trendyol Azərbaycan14,9 milyon manat vergi ödəyib

“TRENDYOL AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci ildə dövlət büdcəsinə 14,9 milyon manat vergi ödəyib. Şirkətin vergi ödənişlərinin həcmi onun Azərbaycan bazarındakı fəaliyyətinin və e-ticarət sektorunda mövqeyinin gücləndiyini göstərir.

Xatırladaq ki, “Trendyol Azərbaycan” 2023-cü ilin avqust ayında dövlət qeydiyyatına alınıb. Şirkətin bazara daxil olmasından əvvəl “Trendyol” və “PASHA Holding” birgə açıqlama yayaraq Azərbaycanda e-ticarət xidmətləri göstərmək üçün şərik müəssisə yaradacaqlarını bəyan etmişdilər.

Hazırda şirkətin direktoru İrem Çağlı Yılandildir. Son illərdə onlayn ticarət bazarının sürətlə böyüməsi fonunda “Trendyol Azərbaycan” ölkədə elektron ticarətin inkişafına töhfə verən əsas şirkətlərdən birinə çevrilib. 2025-ci ildə dövlət büdcəsinə ödədiyi 14,9 milyon manat vergi də şirkətin iqtisadi fəaliyyəti və bazardakı rolunun göstəricisi kimi qiymətləndirilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Meta-nın süni intellekt bölməsi işçilər arasında narazılıq yaradır

Meta-nın süni intellekt bölməsi işçilər tərəfindən "ruh əzən bir gulag" olaraq təsvir edilir. 6500 nəfərlik komanda üsyan ərəfəsindədir.

SpaceX IPO-su tokenləşdirilmiş səhmlərlə bağlı mübahisələrə səbəb oldu

SpaceX IPO-su, kripto platformalarında tokenləşdirilmiş səhmlərin təklif edilməsi ilə bağlı mübahisələr yaradıb. Real səhmlərin tədarükü əsas problemdir.

Google, süni intellektlə dolandırıcılıq edən Çin şəbəkəsini məhkəməyə verdi

Google, süni intellektdən istifadə edərək yüz minlərlə insanı aldadan Çinli bir şəbəkəni məhkəməyə verdi. Şirkət, Gemini modelinin sui-istifadə edildiyini bildirir.

Andrew Yang: Növbəti böyük startup fürsəti yaşayış xərclərini azaltmaqdır

Andrew Yang, amerikalıların həddindən artıq pul ödədiyi sahələri sadalayaraq startapların yaşayış xərclərini azaltmaq üçün yeni həllər tapa biləcəyini deyib.

Standard Chartered: Bitcoin 59.000 dollarla dib gördü, kripto qışı bitdi

Standard Chartered, Bitcoin-in 59.000 dollar səviyyəsində dib gördüyünü və kripto qışının sona çatdığını açıqlayıb. SpaceX IPO və ABŞ-İran sülhü əsas amillər kimi qeyd olunur.
spot_img