TikTok Azərbaycandakı reklam tərəfdaşının adını açıqladı

Əvvəllər “Httpool by Aleph” kimi tanınan və dünya üzrə aparıcı rəqəmsal reklam platformalarının əsas satış təmsilçisi olan “Aleph”, TikTok-un Azərbaycanda reklam imkanlarını təqdim etmək üçün rəsmi tərəfdaş seçilib.

Şirkətdən verilən məlumata görə, bu strateji tərəfdaşlıq Aleph-ə, ölkədəki böyük və aktiv istifadəçi auditoriyasına çıxmaq istəyən bizneslər üçün unikal reklam həlləri təqdim etməyə imkan verəcək.

TikTok-un Azərbaycanda rəsmi tərəfdaşı kimi Aleph, reklam həllərini yerli bazara təqdim edəcək, TikTok-un regional komandası ilə birlikdə müştərilər üçün optimal strategiyalar və həllər tapacaq, onlarla ən yaxşı təcrübələrini bölüşəcək. Hazırda dünya üzrə 1 milyarddan çox istifadəçi auditoriyası olan TikTok Azərbaycanda da sürətlə populyarlıq qazanmağa davam edir. Bu tərəfdaşlıq brendlərə dünyanın ən innovativ platformalarından birinin aktiv icması ilə əlaqə qurmaq üçün əla bir imkan yaradacaq.

TikTok Qlobal Biznes Həllərinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş direktoru Anastasiya Panina deyib: “Azərbaycanda TikTok-un reklam tərəfdaşı olaraq Aleph ilə əməkdaşlığımızı elan etməkdən məmnunluq duyuruq. Biz bu ekosistemi daha da inkişaf etdirməyi planlaşdırırıq və bu tərəfdaşlıq sayəsində Azərbaycandakı reklamverənlər digər platformaların təqdim edə bilməyəcəyi yeni rəqəmsal reklam formatlarına çıxış əldə edəcək, eyni zamanda da peşəkar yerli servisdən faydalanacaqlar.”

Aleph şirkətinin regional direktoru Sergey Dovedov bildirib: “TikTok qısa mobil videoların yerləşdirilməsi üçün aparıcı platformadır. Azərbaycandakı tərəfdaşlığımız reklamverənlərə agentliklərə, kiçik və orta biznesə TikTok-un innovativ reklam həllərinə çıxış imkanı yaradaraq, onların biznes məqsədlərini effektiv şəkildə həll etmələrinə kömək edəcək. Tərəfdaşlarımızı öyrədərək və onlarla biliklərimizi bölüşərək hər kəs üçün rəqəmsal reklama çıxışı təmin etmək missiyamıza sadiq qalırıq.”

TikTok qısa mobil videolar üçün aparıcı platforma olaraq, yaradıcılıq  və özünüifadə üçün geniş imkanlar təklif edir.  Qlobal istifadəçi və müəllif  icması ilə TikTok, dünya miqyasında müxtəlif məzmun və təcrübələr təqdim edir ki, bu da geniş auditoriyalara təsir göstərir.

ölkədə fəaliyyət göstərən və 26 000-dən çox reklamverəni  3 milyarddan çox istehlakçı ilə birləşdirən qlobal, rəqəmsal reklam şirkətidir. TikTok, X, Microsoft, Google daxil olmaqla 60-dan çox aparıcı rəqəmsal media platforması ilə tərəfdaşlıq edərək, Aleph bizneslərə və icmalara inkişaf etməkdə olan  bazarlarda dəstək verir. Şirkət lokalizə olunmuş həllərlə birlikdə müstəqil texnologiyalar təqdim edir, yerli sənaye və platforma ekspertlərindən  ibarət komandalarla xidmət göstərir.

Aleph və TikTok qlobal əməkdaşlığa 2019-cu ildə Latın Amerikasının və Avropanın bazarlarını əhatə etməklə başlayıblar. 2024-cü ilə qədər onlar bu əməkdaşlığı Azərbaycanın da daxil olduğu yeni bazarları əhatə edəcək şəkildə genişləndirdilər. 2024-cü ilə qədər isə əməkdaşlığın təsir dairəsini Azərbaycana qədər daha da genişləndiriblər.

spot_imgspot_img

Oxşar xəbərlər

Banklar smartfonlara Rusiya sertifikatlarının məcburi quraşdırılmasını təklif edir

Rusiya bankları mobil tətbiqlərdə milli sertifikatlaşdırma mərkəzinin sertifikatlarının məcburi quraşdırılmasını təklif edib.

Rusiyada marketpleyslərdə saxta malların satışı 70% artıb

Rusiyada onlayn ticarət platformalarında saxta məhsulların satışı 70% artıb və brend hüquqlarının pozulması halları 320 mini keçib.

Anthropic halka arz üçün rəsmi müraciət etdi: 16,3 milyard dollar gəlir

Claude modelinin tərtibatçısı Anthropic ilk açıq təklif üçün SEC-ə rəsmi müraciət edib və 16,3 milyard dollarlıq yarımillik gəlirini açıqlayıb.

Matiks süni intellektlə oyun yaratma platforması üçün 10 milyon dollar cəlb edib

Matiks süni intellekt vasitəsilə oyun yaratma platformasını genişləndirmək üçün 10 milyon dollarlıq investisiya raundunu bağlayıb.

Kripto investorlarının profili dəyişir: Paribu araşdırmasının nəticələri

Paribu-nun yeddinci dəfə keçirdiyi araşdırma kripto investorlarının profilinin genişləndiyini və uzunmüddətli strategiyalara marağın artdığını göstərir.
spot_img