Telegram, Toncoin-i daxili xidmətlər üçün yeganə kriptovalyuta edəcək və TON-dan başqa blokçeynlərin inteqrasiyasını qadağan edəcək.

Keçid 21 fevral 2025-ci ilə qədər başa çatmalı, yeni xidmətlər isə artıq TON üzərində işləməlidir.

Telegram, The Open Network (TON) ilə razılaşma imzalayıb, bu barədə təşkilat məlumat yayıb.
Razılaşmaya əsasən, TON Telegram daxilində botlar və mini-tətbiqlər üçün blokçeyn infrastrukturunun eksklüziv tərəfdaşı olacaq. Bu o deməkdir ki, digər blokçeynlərdən istifadə edən tətbiqlər TON-a keçməlidir.

TON Connect mini-tətbiqləri kriptovalyuta cüzdanlarına bağlamaq üçün yeganə protokol olacaq. Kriptovalyutalarla “hər hansı bir formada” işləyən bütün mini-tətbiqlər bu protokolu tətbiq etməlidir.

Toncoin isə messencer daxilində mallar və xidmətlər üçün ödənişlərdə yeganə kriptovalyuta olacaq. Bu, “ulduzların” alınması, Premium abunə haqqı və Telegram Ads üzərindən reklam alışlarını əhatə edəcək. Ulduzlardan qazanılan mükafatlar və reklam gəlirləri də yalnız Toncoin vasitəsilə çıxarıla biləcək.

Rəqəmsal aktivlər, o cümlədən emojilər, stikerlər və NFT-hədiyyələr TON üzərində tokenləşdiriləcək.

Tələblərə uyğunlaşma prosesi 1 fevral 2025-ci ildən başlamalı, keçid üçün son tarix isə 21 fevraldır. 21 yanvar 2025-ci ildən etibarən bütün yeni tətbiqlər və botlar artıq TON üzərində işə salınmalıdır.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img