“SİMA İmza” ilə kredit müqaviləni məsafədən imzala!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməkdə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum BOKT “International” ASC olub.

Artıq təcili kreditə ehtiyacı olan vətəndaşlar IBOKT mobil tətbiqi üzərindən onlayn kredit müraciəti göndərə və müqaviləni “SİMA İmza” ilə imzalaya bilərlər. Bunun üçün əvvəlcə tətbiqdə qeydiyyatdan keçmək, daha sonra onlayn şəkildə kredit müraciəti göndərmək lazımdır. Müraciət qısa müddətdə araşdırılacaq və təsdiqləndiyi halda müştəriyə onlayn şəkildə imzalaması üçün sənədlər təqdim olunacaq. Müştəri həmin sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə onlayn şəkildə imzalamaqla vəsaiti özünə məxsus istənilən bank kartına köçürəcək. Bununla da vətəndaşlar heç yerə getmədən kredit əldə etmiş olacaqlar.

Qeyd edək ki, vətəndaşlar IBOKT tətbiqi üzərindən günün 24 saatı kredit müraciəti göndərə və sənədləri “SİMA İmza” vasitəsilə imzalaya bilərlər.

SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img