Shopify, məhsullar üçün süni intellekt əsaslı vizual redaktoru istifadəyə verir

Shopify Magic yaradıcı süni intellekt alətləri paketi, platformaya süni intellekt tərəfindən dəstəklənən mətn ilə işləyən vizual redaktor əlavə edir.

Son dövrlərdə süni intellektin tətbiqi ilə həyatımızın hər bir sahəsində üzləşmək mümkündür. Hazırda həm iri texnologiya şirkətləri, həm də kiçik miqyaslı startaplar müxtəlif süni intellekt dəstəkli məhsullarını təqdim edirlər. Shopify e-ticarət platformu da, trenddən geri qalmayaraq məhsul təsvir etmələri və süni intellekt əsaslı dialoq robotları üçün mövcud kontent yaradıcısına yeni süni intellekt xüsusiyyəti əlavə etib.

Keçən ilin Aprel ayında istifadəyə verilmiş Shopify Magic süni intellekt alətlər paketi, platformaya Sİ tərəfindən dəstəklənən mətn əsaslı yeni şəkil redaktoru əlavə edir. Yəni bu vasitə ilə satıcılar, Photoshop istifadə etmədən şəkillərin arxa planlarını istədikləri şəkil və vizuallarla dəyişə bilərələr.

Shoifyın yeni Sİ redaktoru, istifadəyə verildikdə satıcının məhsul bazasında olan mövcud məhsul şəkilləri ilə də uyğun arxa planlar və vizualları dəyişə biləcəklər.

Shopifyın məhsul üzrə vitse prezidenti Qlen Kouts, platformdakı bir çox satıcının böyük studiyalara və ya profesionallara çıxışı olmadığını, ancaq onların öz məhsullarının şəkillərini daha keyfiyyətli etmək məcburiyyətində olduqlarını bildirir. Yeni Sİ alətindən istifadə etmək platforma daxilində təmamilə pulsuz olduğundan, satıcıların bu ehtiyyacları təmamilə qarşılanmış olacaq. “Hər kəsin maneken və studiyalar çıxı olmadığını bilirik və buna görə də yeni başlayan iş adamları üçün öz məhsullarını gözəl sərgiləmək imakanı vermək istəyirik” – deyə Kouts bildirib – “Eyni zamanda biz hər kəsi bu alətdən istifadə etməyi də məcbur etmək istəmirik, ancaq bu həll əlavə dəstək kimi əla həlldir.”

Shopifyın keçən ilin Aprel ayında istifadəyə verdiyi digər süni intellekt həlləri ilə satıcılar avtomatik məhsul təsvirləri, chatbot inteqrasiyası və satıcılarla alıcılar arasında tövsiyyə edilən cavablar toplusu əldə etmişdirlər.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img