Shopify ABŞ ticarət qaydalarına qarşı çıxıb

Kanadada yerləşən və dünyanın ən iri onlayn satış platformalarından biri olan Shopify açıq şəkildə bəyan etdi ki, ticarətə maneə törədən qaydalar kiçik bizneslərə zərər verir. Şirkət paylaşdığı bloq yazısında bildirir ki, bu cür qaydalar qiymətləri artırır, məhsul çatdırılmasını çətinləşdirir və beynəlxalq ticarətə mane olur.

Bu məsələ “de minimis” adlanan qaydaya bağlıdır. Bu qayda aşağı qiymətli malların ABŞ-a vergisiz daxil olmasına imkan verir. Tramp administrasiyası iddia edir ki, bu qayda poçt vasitəsilə təhlükəli maddələrin, məsələn, fentanilin ölkəyə gətirilməsini çətin izlənilən hala gətirir. Buna görə də qaydanı ləğv edilməli idi, lakin bu qərar müvəqqəti olaraq təxirə salındı.

Shopify isə bu qaydanın daimi qalmasını istəyir. Şirkət bildirib ki, bu qayda kiçik bizneslərin beynəlxalq satışlarda rəqabət qabiliyyətini artırır və onların müştərilər üçün daha sərfəli qiymətlər təklif etməsinə kömək edir.

Shopify həmçinin son vaxtlar satıcıların gömrük rüsumlarını alıcılara daha dəqiq göstərməsi və müştərilərin öz ölkələrindən məhsul tapmasını asanlaşdıran yeni funksiyalar istifadəyə verib. Şirkət gələcəkdə beynəlxalq satış proseslərini daha da sadələşdirəcək yeniliklər etməyi planlaşdırır.

Tech.az

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img