Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də rəhbər vəzifə üzrə kadr dəyişikliyi baş verib.

“Birmarket”in yaradıcısı olan “Competo” MMC-nin direktoru vəzifəsinə Məmmədov Samir Sabir oğlu təyin edilib. O, bu təyinata qədər “PashaPay”in Baş icraçı direktoru (CEO) vəzifəsində çalışıb. Qeyd edək ki, həm “Birmarket”, həm də “PashaPay” PASHA Holdingə daxil olan qurumlardır.

Bundan əvvəl “Competo” MMC-nin rəhbəri vəzifəsini Qulaməliyev Rauf İlham oğlu icra edirdi.

Şirkət 178 milyon 383 min 780 manat nizamnamə kapitalı ilə yaradılıb və 2018-ci il 9 fevral tarixində dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən rəqəmsal loyallıq və ödəniş platforması “Umico”nun mobil tətbiqi 1 iyul 2025-ci il tarixindən etibarən “Birmarket” brendi ilə fəaliyyətini davam etdirir.

spot_imgspot_img

Oxşar xəbərlər

Wolt Özbəkistan bazarından çıxır!

2026-cı ilin əvvəlinə qədər Wolt hazır yeməklərin, ərzaq məhsullarının,...

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...
spot_img