Şəxsiyyət vəsiqəsi ilə bağlı yenilik: “mygov” tətbiqi vasitəsilə rəqəmsal formada təqdim olunacaq

Dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq. Bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

Belə ki, vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək. Vətəndaş eyni zamanda “mygov” tətbiqində şəxsiyyət vəsiqəsi məlumatlarını nə zaman, harada və hansı müəssisəyə təqdim etdiyi ilə bağlı tarixçəylə tanış ola biləcək.

Şəxsiyyət vəsiqələrinin “mygov” üzərindən təqdim olunması müəssisələrə əməliyyatların sadələşdirilməsi və sürətlənməsi, fiziki şəxsiyyət vəsiqələrinə ehtiyacın azaldılması və kağızdan istifadənin minimuma endirilməsi kimi üstünlüklər təqdim edəcək. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi  qurumların bu prosesi daha çox xidmət sahəsinə inteqrasiya etməsinin təşviqi istiqamətində işləri davam etdirir.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsi ilə yanaşı, “mygov” üzərindən təqdim olunan nikah, doğum və ölüm haqqında şəhadətnamə məlumatları da həmin sənədlərin fiziki daşıyıcısı ilə eyni hüquqi qüvvəyə malik olacaq.

Xatırladaq ki, 16 iyul tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Federal Ehtiyat Sistemi kripto şirkətləri üçün məhdud hesab təklifini yenilədi

Fed, ödəniş hesablarının strukturu ilə bağlı yeni təklif irəli sürdü.

Nvidia rekord gəlir açıqladı, startaplarda 43 milyard dollar payı olduğunu bildirdi

Nvidia, maliyyə hesabatında startap investisiyalarının həcmini ilk dəfə açıqladı.

SpaceX IPO sənədləri: xAI 6.4 milyard dollar itirdi, xərclər artır

SpaceX-in səhmdar təklifi sənədləri, Elon Musk-ın süni intellekt şirkəti xAI-nın maliyyə vəziyyətini ilk dəfə ictimaiyyətə açıqladı.

Securitize zərərlə işləyir, rekord rübə baxmayaraq halka arz planları qalır

Securitize rekord rüb gəliri əldə etdi, lakin zərərlə işləyir; şirkət halka arza hazırlaşır.

Sam Altman hər Y Combinator startupına səhm qarşılığı investisiya təklif edir

Sam Altman Y Combinator startuplarına token qarşılığı səhm təklif edir, bu startup maliyyələşdirməsində yeni bir modeldir.
spot_img