Restoranlarda nağdsız bəxşişlərin qəbulunu stimullaşdırmaq üçün kampaniya başladı

E-PUL və Visa ödəniş xidməti ölkədə restoranlar şəbəkəsində NOCASH platformasından nağdsız bəxşişlərin qəbulu üçün stimullaşdırıcı kampaniyaya başlayıb. VİSA bank kartı sahibləri Apple/GPay istifadə edərək nağdsız bəxşiş ödəyə bilərlər.

E-PUL ödəniş xidməti NOCASH startapı və Visa şirkəti ilə birgə ölkənin əksər restoranlarında nağdsız bəxşişlərin qəbulunu stimullaşdırmaq üçün kampaniyaya başladığını elan etdi.

Restoranın hər bir ziyarətçisi Visa kartından istifadə edərək bəxşiş ödəyərkən, telefon kamerasını ödəniş üçün təqdim edilmiş hesab-fakturanın QR NOCASH-a tuşlayacaq. Ödəniş zamanı məbləğdən əlavə 10% artıq vəsait ofisiantın hesabına köçürüləcək.

NOCASH platforması – QR kodlar vasitəsilə xidmət işçilərinə bəxşişləri rahat şəkildə ödəmək üçün nəzərdə tutulmuş innovativ həlldir. NOCASH proqramı bəxşiş ödəniş prossesinin asanlaşdırılması və daha rahat icrası üçün hazırlanmışdır.

Personal üçün nağdsız bəxşişlərin ödənilməsini stimullaşdıran Visa kampaniyası 24 iyun 2024-cü ildən başlayıb və üç ay davam edəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img