Regionda Vençur Kapitalı və İnnovasiyalara Yeni Nəfəs

2024-cü il sentyabrın 3-də regionun innovasiya ekosistemində önəmli bir hadisə baş verdi – Türk və Avrasiya Vençur Kapitalı və Özəl İnvestisiyalar Assosiasiyası (TEVCA) rəsmi olaraq fəaliyyətə başladı. Bu təşkilatın növbəti əhəmiyyətli görüşü 10 oktyabr 2024-cü ildə INMerge Innovation Summit çərçivəsində keçirildi.

TEVCA-nın əsas məqsədi sahibkarlar və investorların maraqlarını təmsil edərək, regionda vençur kapitalı və startapların önəmli səsi olmaqdır.

Assosiasiyanın təsisçiləri sırasında SABAH.fund, Caucasus Ventures (Azərbaycan), 500 Global in Eurasia (Gürcüstan), MOST Ventures, White Hill Capital (Qazaxıstan), Accelerate Prosperity, AdVentures (Qırğızıstan), Exponential Zaisan Partners, KITE Mongolia (Monqolustan), 212, The New Rising (Türkiyə), Sturgeon Capital (Böyük Britaniya), AloqaVentures və UzVC (Özbəkistan) yer alır. Eyni zamanda, müxtəlif ölkələrdən texnoparklar da bu strukturun bir hissəsidir.

TEVCA Qərb və Şərqi birləşdirən “İpək Yolu” ekosistemlərində bilik mübadiləsi, işgüzar əlaqələrin qurulması və davamlı təcrübələrin yayılması üçün platforma rolunu oynayır. Onun əsas fəaliyyət istiqamətləri icma quruculuğu, layihə və ideya mübadiləsi, siyasət tövsiyələrinin hazırlanması və təhsil proqramlarının həyata keçirilməsidir.

Tədbir iştirakçıları regionda innovasiyaların, vençur kapitalının və startap mühitinin inkişafı üçün əməkdaşlığın vacibliyini vurğuladılar. Xüsusi diqqət birgə investisiyalar və tərəfdaşlıq sövdələşmələrinin yaradılmasına yönəlib ki, bu da həm startaplar, həm də investorlar üçün əhəmiyyətli üstünlüklər təqdim edəcək.

Təşkilatın əsas prioritetlərindən biri regionda geniş yayılmaqda olan ESİ (Ekoloji, Sosial və İdarəetmə) standartlarının tətbiqini dəstəkləməkdir. Bu standartlar, xüsusən, dayanıqlı inkişaf və ekoloji məsuliyyət məsələlərini əhatə edir. COP29 çərçivəsində bu mövzular əsas diqqət mərkəzində olmuş və region üçün strateji əhəmiyyət kəsb edir.

TEVCA-nın missiyası regionda vençur kapitalının və özəl investisiyaların inkişafını təşviq etmək, mövcud problemləri həll etmək və innovasiya ekosistemini irəli aparmaq üçün platforma rolunu oynamaqdır. Assosiasiya regionu beynəlxalq investorlar üçün cəlbedici etmək və iqtisadiyyatın inkişafını sürətləndirmək niyyətindədir.

Tədbirdə TEVCA-nın region üçün əhəmiyyəti və fəaliyyət istiqamətləri təqdim edildi. Sessiya SABAH.fund-un həmtəsisçiləri Abbas Kazmi və Rəhim Bayramlının çıxışları ilə başladı. Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktor müavini Yasin Cəlilov isə Assosiasiyanın potensialı və fəaliyyətinə yüksək maraq göstərdiyini ifadə etdi.

Tədbirin mühüm hissələrindən biri region ölkələrini birləşdirəcək və startapları dəstəkləyəcək “Fund of Funds” layihəsinin müzakirəsi oldu. TEVCA regionu vençur kapitalı sahəsində qlobal lider mövqeyinə çatdırmağı, texnologiyaların inkişafına dəstək verməyi və insan kapitalının gücləndirilməsini təmin etməyi qarşısına məqsəd qoyur.

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda biznes kredit portfeli bir ildə 18,6% artıb

Bankların biznes kredit portfeli bir ildə 18,6% artaraq 18,44 milyard manata çatıb. Strukturda mikro və orta biznesin payı güclənib.

Mərkəzi Bank BOKT-lar üçün kibertəhlükəsizlik auditini məcburi etdi

Mərkəzi Bank bank olmayan kredit təşkilatları üçün informasiya təhlükəsizliyi auditini məcburi edib. Tələb ən azı iki ildən bir tətbiq olunacaq.

Google süni intellekt təhdidləri artdıqca kripto saxlanması üçün təhlükəsizlik sistemini təqdim edəcək

Google kripto saxlanması üçün çox tərəfli hesablama texnologiyasını təqdim etməyə hazırlaşır, Alphabet isə onu Ethereum və Solana aktivlərinin qorunmasında istifadə edir.

Braziliyanın ən böyük bankı yeni qaydalar altında kripto brokerliyini rəsmiləşdirən ilk bank oldu

Braziliyanın ən böyük bankı Itaú Unibanco kripto ticarəti və saxlanması əməliyyatlarını Mərkəzi Banka rəsmən bildirib və bu sahədə ilk olub.

Süni intellekt üçün bulud infrastrukturu hazırlayan General Compute 100 milyon dollar investisiya alıb

Süni intellekt üçün ixtisaslaşmış bulud provayderi General Compute 100 milyon dollar cəlb edib, bu süni intellekt infrastrukturuna marağın artdığını göstərir.
spot_img