Rəqabət Artır: Yango Yemək Çatdırılma Xidməti Tezliklə İşə Başlayacaq

Yango-nun yaxın vaxtlarda Azərbaycanda işə salacağı yemək çatdırılma xidməti Wolt və Bolt kimi digər yerli oyunçularla rəqabəti artıracaq. Bu, restoran və mağaza sahibləri üçün satışlarını genişləndirmək və müştərilərə daha sürətli və rahat xidmətlər təqdim etmək üçün böyük bir fürsət olacaq.

Clopos və Yango əməkdaşlığı restoran və mağazalar üçün yeni imkanlar açır

Clopos və Yango-nun əməkdaşlığının ilkin mərhələsi artıq başlanıb və yaxın aylarda yeni mərhələlər haqqında məlumatlar veriləcək. Bu əməkdaşlıq çərçivəsində Yango, Azərbaycan daxilində hazır yemək və qida məhsullarının çatdırılması xidmətini təqdim etməyə hazırlaşır və artıq Bakıdakı restoranlar və mağazalarla aktiv əlaqələr qurmaqdadır. Yango, geniş miqyaslı reklam kampaniyası ilə dəstəklənəcək bu xidmətə yeni müştərilər üçün endirimlər və pulsuz çatdırılma təklifləri ilə start verəcək. Restoran və mağaza sahiblərinə bizneslərini genişləndirmək üçün unikal imkanlar təqdim edilir.

Clopos komandası artıq Yango-nun bu təqdimatına hazırlıqlarını tamamlayıb və Yango sifarişlərinin Clopos POS sisteminə inteqrasiyasını uğurla həyata keçirib. Bu inteqrasiya restoranlara bir çox üstünlüklər qazandıracaq:

  • Yango və digər aggregatorlardan gələn sifarişləri birbaşa POS sisteminə qəbul etmək
  • Sifarişlərin hazırlanması və mətbəxə göndərilməsi vaxtını minimuma endirmək
  • Yanlış yığılan sifarişlərdən yaranan itkiləri azaltmaq
  • Çatdırılma növlərinə görə Clopos sistemində asan hesabatlar əldə etmək

Clopos, restoranların bu layihənin başlanğıcında sərfəli şərtlərlə Yango-ya qoşulmasını təmin edir. Yango-ya inteqrasiya modulu ilə müraciət edənlər üçün 2 ay pulsuz istifadə və xidmət komissiyasında endirim kimi xüsusi təkliflər mövcuddur.

Restoran və mağazalar Yango platformasına qoşulmaq üçün aşağıdakı addımları atmalıdırlar:

  1. Yango-ya qoşulmaq üçün anketi doldurun – https://bit.ly/yangoqosul
  2. Yango-nun əməkdaşı sizinlə 48 saat ərzində əlaqə saxlayacaq və növbəti addımlar barədə məlumat verəcək.
  3. Yango-ya qoşulduqdan sonra Clopos komandası sizinlə əlaqə saxlayıb, inteqrasiya modulunu qoşacaq.
spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan...

Umico İdarə Heyəti Şirkətin İnkişaf Strategiyasını Şəffaflıqla Bölüşür

Azərbaycanın aparıcı cashback və alış-veriş platforması olan Umico, şirkət...

Uvodo maliyyə çətinliklərinə görə fəaliyyətini dayandırır

Uvodo, rəqəmsal məhsul dizaynerləri və kiçik və orta müəssisələr...

AMB banklara kəşbək kampaniyaları ilə bağlı göstəriş verə bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kəşbək kampaniyaları onların maliyyə...

Xarici startapa investisiya qoymaq üçün hesabdan xarici valyutada köçürmələrə icazə verilib

Azərbaycan Mərkəzi Bankı xarici startapa investisiya qoymaq üçün bank...
spot_img