Qeen.ai: Süni İntellekt dəstəyi ilə e-ticarət avtomatlaşdırma platforması 10 milyon dollar investisiya alıb

Prosus Ventures liderliyində baş tutan investisiya turunda Wamda Capital, 10X Founders Fund və Dara Holdings də iştirak edib.

Süni intellekt dəstəyi ilə e-ticarət avtomatlaşdırma həlləri təqdim edən Qeen.ai 10 milyon dollar investisiya əldə edib. Dubay mərkəzli startapın toxum yatırım turuna Prosus Ventures rəhbərlik edib, Wamda Capital, 10X Founders Fund və Dara Holdings də bu tura qoşulub. 2023-cü ildə fəaliyyətə başlayan Qeen.ai-in ümumi investisiya məbləği 12 milyon dollara çatıb.

Şirkət, bu yeni investisiyanı süni intellekt platformasını genişləndirmək, komandasını böyütmək və müştəri bazasını artırmaq üçün istifadə edəcəyini açıqlayıb.

E-ticarət biznesləri üçün tam avtomatlaşdırılmış süni intellekt həlləri

Ahmad Khwileh, Dina Alsamhan və Morteza Ibrahimi tərəfindən təsis edilən Qeen.ai, e-ticarət platformaları üçün süni intellektlə dəstəklənən marketinq və məzmun avtomatlaşdırma həlləri təqdim edir. Platforma, tam avtomatlaşdırılmış Sİ agentlərindən istifadə edərək e-ticarət satıcılarının məzmun yaratma, SEO optimizasiyası, rəqəmsal marketinq və müştəri əlaqələrini avtomatik idarə etmələrinə imkan yaradır.

Qeen.ai məhsul təsvirləri, SEO-uyğun mətnlər və marketinq məzmunlarını avtomatik olaraq yaradır. Bununla yanaşı, fərdiləşdirilmiş reklam kampaniyaları, e-poçt və mesajlaşma strategiyaları quraraq müştəri əlaqələrini gücləndirir.

Bundan əlavə, platforma müştərilərlə real vaxtda ünsiyyət qurur, alış-veriş təcrübəsini fərdiləşdirir və satış prosesini optimallaşdırır.

Kiçik və orta bizneslərə süni intellekt dəstəyi

Qeen.ai xüsusilə Orta Şərq və Şimali Afrika (MENA) regionundakı kiçik və orta sahibkarlara dəstək verməyi hədəfləyir. Şirkət, böyük marketinq büdcələrinə ehtiyac olmadan e-ticarət satıcılarının rəqabət edə bilməsinə imkan yaradır.

2024-cü ilin ikinci rübündən etibarən platforma 15 milyon istifadəçiyə xidmət göstərib.

spot_imgspot_img

Oxşar xəbərlər

PayPal ChatGPT-yə inteqrasiya olunur: Süni intellektdə ödənişlərin yeni mərhələsi

PayPal süni intellekt sahəsində mühüm bir addım ataraq, ChatGPT-yə...

“Azərbaycan Fintex Assosiasiyası”na yeni sədr təyin edilib

"Azərbaycan Fintex Assosiasiyası" ("Azfina") İctimai Birliyinin İdarə Heyəti (İH)...

Western Union Solana üzərində dollar dəstəklı stabilkoin buraxacaq

Dünyanın ən qədim pul köçürmə şirkətlərindən biri olan Western...

Qırğızıstan dövlət kriptovalyutasını təqdim edib

Qırğızıstan, Binance ilə əməkdaşlıq çərçivəsində öz milli kriptovalyutası olan...

m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir 

Tərəfdaşlıq ölkənin milli valyutası Azərbaycan manatı (AZN) ilə birbaşa...
spot_img