Pavel Durovun yeni NOTCOIN oyun kriptovalyutasını necə qazanmaq olar?

Notcoin nədir və notcoinləri necə qazanmaq olar? Telegram-da yeni kriptovalyuta haqqında hər şey

Əyləncə yoxsa real pul?

Bu ilin yanvar ayında Telegram messencerində Notcoin adlı yeni oyun əsaslı kriptovalyuta istifadəyə verilib. Bəs görəsən – Pavel Durovun yeni kriptovalyutası, messencerin imkanlarının nümayişi və yaxud sadəcə mem oyunu?

Gəlin bu məsələni bir az dərindən araşdıraq.

Notcoin nədir?
Notcoin Telegram messencerində quraşdırılmış proqram və eyni adlı kriptovalyutadır. Hazırda bu kriptovalyuta alınıb-satılmır, lakin Binance birjasında artıq səhifəsi var. Nüfuzlu investor forumu SmartLab isə bildirir ki, bir tokenin qiyməti 0,0001 ABŞ dollarıdır. Yəni 10.000 Notcoin = 1 ABŞ dolları.

Notcoin qazanmaq üçün nə etmək lazımdır?

Yeni istifadəçilər başlanğıcda hədiyyə kriptotokenlər ala bilərlər. Bunun üçün onlar dəvət keçidlərindən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Keçiddən istifadə edərək qeydiyyata düşsəniz, sadə telegram istifadəçisi 2500, Premium telegram istifadəçisi isə 50000 token dərhal qazanmış olacaq.

Qeydiyyat üçün bu keçiddən istifadə edə bilərsiniz: – NotCoin Game

Oyuna başladıqda isə, sadəcə ekranın mərkəzində bir TOKEN görəcəksiniz. Həmin tokenə tez-tez tıklayaraq tokenləri toplaya bilərsiniz. Qeyd edək ki, Notcoin yalnız Telegram mobil proqramında qazanıla bilər.

Düyməni tıklamaqla hər tıklmaya görə biz bir token qazanırıq. Yəni, tokenə nə qədər çox tıklasanız, bir o qədər çox qazanırsınız.

Üstdə balansınız, aşağıda isə indikatoru 1000 olan enerji zolağı var. Tokenə min dəfə tıkladıqda enerji tükənəcək və enerjinin tam bərpa olunması üçün bir neçə dəqiqə gözləmək lazımdır.

Diqqət: tokenlər və enerji yalnız proqram açıq olduqda və ekran kilidi açıldıqda bərpa olunur

Bonuslardan necə istifadə etmək olar?
Oyunda müvafiq bölmədə mövcud bonuslar var. Gün ərzində enerjinizi üç dəfə pulsuz olaraq tamamilə bərpa edə və üç dəfə “raket” aktivləşdirə bilərsiniz – bonusdan istifadə etdikdən sonra ekranda token ilə bir raket görünəcək. Raketin üzərinə tıklasanız, qazandığınız tokenlər müəyyən müddət ərzində bir neçə dəfə artacaq.

Ödənişli bonuslar enerjini tam bərpa etməyə, onun bərpa sürətini artırmağa və tıklama başına qazanılan tokenlərin sayını artırmağa imkan verir. Oyunda 20.000 tokenə başa gələn bir bot da var: o, alışdan bir saat sonra işə düşür və proqram bağlı olduqda belə sizin üçün tokenləri toplamağa başlayır.

Auto Bot çox yaxşı köməkçidir və bizə görə 20K-a çatan kimi onu almalısan.

Daha çox token necə qazanmaq olar?
Yuxarıda təsvir edilən üsullara əlavə olaraq, dostları tətbiqə dəvət etməklə qazanılan tokenlərin sayını artıra bilərsiniz. Həmçinin Notcoin-dən tapşırıqları yerinə yetirə bilərsiniz: məsələn, təklif olunan kanallara abunə olun, web3 proqramlarını işə salmaq və s.

Hər tamamlanan tapşırıqdan sonra tokenlər avtomatik olaraq verilməyəcək – bunun üçün EARN bölməsinə keçərək, tokenləri götürməyiniz lazım olacaq.

Notcoin-də hansı səviyyələr (liqalar) var?
Oyuna davam etdikdə, tədricən yeni səviyyələrə keçəcəksiniz (Notcoin-də onlara liqalar deyilir). Əvvəldə bürünc səviyyəsindəsiniz, sonra gümüş, qızıl və s.

  • Bürünc – 0 toke
  • Gümüş – 200.000 tokenə qədər
  • Qızıl – 200.000 tokendən
  • Platin – 2.000.000 tokendən
  • Almaz – 10 000 000 tokendən

Yeni səviyyəyə keçdiyiniz zaman da tokenlər verilir. Premium abunəsi olan istifadəçi adi istifadəçidən daha çox token alacaq: məsələn, “Qızıl”a yüksəldərkən premium 250.000 token, sadə isə cəmi 25.000 toke qazanacaq.

Notcoin də istənilən teleqram kanalını təşkil edə bilən heyət və ya komandalara (Squad) malikdir. Heyətlər bir-biri ilə rəqabət aparır və komanda üzvlərinin qazandıqları xallar liderlər lövhəsində mövcuddur. Qazandığınız hər Notcoin üçün heyətə bir xal verirsiniz.

Yekunlaşdıraq; Notcoin nədir?
Hələlik bu, sadəcə bir klik oyunu və eyni adlı kriptovalyutadır. Ancaq sonra nə olacaq, neçəyə başa gələcək və harada satmaq və başqa bir kripto və ya real pula dəyişdirmək mümkün olub-olmayacağı bilinmir. Notcoin müəlliflərinin özləri bu barədə dedikləri: “Bundan sonra nə olacaq? Heç kəs bilmir. Və bu, gözəldir”.

Hazırda Notcoin-in nə olduğu mövzusunda dörd versiya var; Birincisi, Telegram üçün pulsuz reklam, ikincisi, insanları əyləncəli şəkildə kriptovalyutaya öyrədən bir həll, üçüncüsü, oyunçuların telefonlarında gizli mədənçilik, dördüncü, tam hüquqlu kriptovalyutanın satışa çıxarılmasından əvvəlki ilkin mərhələ.

Beləliklə Notcoin oyununa başlamaq, web3-ə ilk addımları atmak istəyirsinizsə, keçidə klikləyib oyuna başlaya və dərhal 50 min tokenədək qazana bilərsiniz – NotCoin Game

spot_imgspot_img

Oxşar xəbərlər

Xalq Bank xaricdə təhsil ödənişləri üçün endirimli komissiya təqdim edir

Xalq Bank, xaricdə təhsil ödənişləri üçün endirimli komissiya və Visa Platinum kartı təqdim edir.

Bitcoin mədənçiləri süni intellektə milyardlarla dollar xərcləyir: gəlir 15 dəfə geri qalır

Bitcoin mədənçiləri süni intellektə böyük investisiyalar yatırır, lakin gəlirlər hələ ki, xərcləri qarşılamır.

Generalist AI, robotlar üçün GEN-1.5 modelini təqdim etdi

Generalist AI, robotların yeni tapşırıqları tək nümayişlə öyrənməsini təmin edən GEN-1.5 modelini təqdim etdi. Bu, robototexnikada inqilab edə bilər.

ChatGPT Apple Messages inteqrasiyası ilə mesaj yazmağı avtomatlaşdırır

ChatGPT Apple Messages ilə inteqrasiya edərək mesaj yazmağı avtomatlaşdırır. İstifadəçilər süni intellektlə sürətli və effektiv yazışma imkanı əldə edir.

Eterium 18% artaraq 2.250 dollara çatdı, kripto bazarında geniş yüksəliş

Eterium 18% artaraq 2.250 dollara çatıb, Bitcoin isə 69.000 dolları keçib. Bu, ABŞ-ın istiqraz geri alışlarının təsiri ilə baş verib.
spot_img