Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin törəmə şirkəti) cəmi 2.5 ay ərzində Sea Breeze üçün tam funksional çatdırılma sistemini hazırlayaraq istifadəyə verdi.

Yeni sistem iOS və Android platformalarında mövcud olan müştəri və kuryer mobil tətbiqləri, eləcə də güclü admin panel daxil olmaqla, çatdırılma xidmətinin hər mərhələsini əhatə edir.

🔗 Tətbiq linkləri:

Hazırlanmış funksiyalar:

  • Apple Pay və Google Pay inteqrasiyası
  • Məhsul və kateqoriya idarəetməsi, o cümlədən 18+ kontent dəstəyi
  • Ağıllı kuryer təyinat alqoritmi – ən yaxın kuryeri avtomatik seçir
  • Nəqliyyat növünə əsaslanan sifariş bölgüsü
  • Çatdırılma xərci və təxmini çatdırılma vaxtının real vaxtda hesablanması
  • Rol və icazə idarəetməsi ilə çevik admin panel
  • Satış, geri qaytarma və istifadəçi aktivliyinə dair analitika modulu
  • Təmiz UI/UX dizaynı və ölçülə bilən arxitektura
  • Bütün sistem komponentlərinin eyni vaxtda hazırlanması

Competo-nun nümayəndələri bildirir ki, bu layihə yalnız bir MVP (Minimal Viable Product) deyil, komandanın fəxrlə təqdim etdiyi tam məhsuldur. Şirkət sürət, struktur, keyfiyyət və detallara diqqətlə yanaşması ilə seçilir.

Competo-nun İT laboratoriyası tərəfindən hazırlanmış digər yeniliklər yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Riksbank e-krona müzakirəsini yenidən alovlandırdı: nağd pul azalır, rəqəmsal avro yaxınlaşır

İsveçin mərkəzi bankı Riksbank e-krona məsələsini yenidən müzakirəyə çıxarıb. Nağd pulun azalması və stablecoin-lərin yüksəlişi bu qərarın əsas səbəbləridir.

Latviya 2027-ci ildə tokenizasiya qaydalarını hədəfləyir: kommersiya əmlakı diqqət mərkəzində

Latviya 2027-ci ildə tokenizasiya qaydalarını tətbiq etməyi planlaşdırır, kommersiya əmlakı əsas fokus olacaq. Lakin qiymətləndirmə prosesi hələ tamamlanmayıb.

Grok süni intellektlə yaratdığı “Odyssey” filminin ilk yeddi dəqiqəsini təqdim edib

Grok generativ alqoritmlərlə hazırlanan "Odyssey" filminin ilk yeddi dəqiqəsini yayımlayıb. Nəticə texniki baxımdan diqqət çəkir, bədii dərinlik isə mübahisə doğurur.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi data mərkəzlərinin pilotsuz aparatlardan müdafiəsi tələblərini təsdiqləyib

Rusiya data mərkəzlərinin pilotsuz aparatlardan müdafiəsi üçün yeni təhlükəsizlik tələblərini təsdiqləyib.

Blue-green avtonomluğun rəngi: TechCrunch Mobility həftəlik icmalı

TechCrunch Mobility həftəlik icmalında avtonom nəqliyyatda blue-green yanaşması və süni intellektin rolu müzakirə olunur.
spot_img