“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək

28, 29, 30 iyun 2024-cü il tarixlərində, “The Ritz-Carlton Baku” otelində “PAŞA Holding”in təşkilatçılığı ilə “PASHA Hackathon 4.0” keçiriləcək. Hakatonun bu dəfəki mövzusu “PashaPay” tərəfindən həyata keçirilə biləcək yeni ideyaları təşviq etməkdir.

Belə ki, yarışçılar 3 gün ərzində PashaPay tərəfindən təqdim olunan “challenge” üzərində düşünərək, şirkət üçün yeni ideyalar təqdim etməli olacaqlar. Keçən il olduğu kimi, bu dəfə də hakatonun sonunda ilk üç yeri tutan komandaya müvafiq olaraq mükafatlar veriləcək: 1-ci yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000 AZN.

Qeyd edək ki, “PASHA Hackathon” innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. “PASHA Hackathon” tələbələri, biznes və marketinq mütəxəssislərini, dizaynerləri və tərtibatçıları 10 may-10 iyun tarixləri arasında www.pashahackathon.az saytında qeydiyyatdan keçməyə və iştirakçı olmağa dəvət edir. “Hackathon”da iştirak etmək üçün giriş haqqı ödənilmir. Məkan, o cümlədən yemək, içki və digər xidmətlər ilə əlaqədar bütün xərclər qarşılanıb.

Xatırladaq ki, PAŞA Holding tərəfindən “PASHA Hackathon” artıq 4-cü ildir ki təşkil olunur. “Hackathon”un təşkil edilməsində məqsəd gənclər arasında innovativ düşüncə tərzini, həll yönümlülüyü təşviq etmək, eləcə də ölkədə innovativ mədəniyyətin inkişafını dəstəkləməkdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Süni intellekt qəbiristanlığı: uğursuz olan layihələr və startaplar siyahısı

TechCrunch süni intellekt sahəsində bağlanan və gözləntiləri doğrultmayan layihələrin siyahısını tərtib edib.

Android XR eynəklərdə üzlər Gemini-yə göndərilmir: məxfilik qorunur

Android XR ağıllı eynəkləri Gemini-yə göndərilən görüntülərdə üzləri bulanıqlaşdıracaq, üçüncü tərəf tətbiqlərdə üz tanıma qadağan olunub.

Bitcoin 65 min dollara enib: analitik dördüncü kapitulyasiya dalğasından danışır

Bitcoin 65 min dollar səviyyəsinə enib, analitiklər dördüncü kapitulyasiya dalğasından danışır, ETF-lərdən isə 2,35 milyard dollar çıxıb.

Metaplanet Bitcoin satışı səbəbindən 170 milyon dollar zərər açıqladı

Metaplanet Bitcoin satışı və qiymətləndirmə itkiləri səbəbindən 170 milyon dollar zərər açıqlayıb.

Blockstream Bitcoin saklama sistemi təqdim etdi: Adam Back sadə təhlükəsizliyi müdafiə edir

Blockstream Thales ilə birlikdə xüsusi avadanlıq əsaslı Bitcoin saklama sistemini təqdim edib.
spot_img