“PAŞA Holding” “INMerge” İnnovasiya Sammitini təşkil edir

Bir müddət öncə qeyd edildiyi kimi, oktyabrın 10-11-i tarixlərində “PAŞA Holding”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “INMerge” İnnovasiya Sammiti baş tutacaq.

Regionun ən böyük innovasiya sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Bu il “INMerge” İnnovasiya Sammit tədbirində “YouTube”un həmtəsisçisi Stiv Çen iştirak edəcək. Eləcə də, təsdiqlənmiş spikerlar arasında “Amazon”un vitse-prezidenti və CTO-su Verner Vogels və “Avito”nun keçmiş baş icraçı direktoru Vladimir Pravdivi də var. Bununla yanaşı, “Paradox Strategies” və “InnovationForce” şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill, Stenford Universitetin professoru Ilya Strebulayev və “Vodafone” şirkətinin region üzrə rəhbəri Johannes Hummer də spikerlər siyahısına qoşuldular.

Onlarla yanaşı, ölkəmizdən “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı dirertor Fərid Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və“4SİM” icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.

Qeyd edək ki, bu il sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, elektron ticarət, telekommunikasiya, əlavə dəyər xidmətləri, yeni iqtisadiyyat və digər sahələr müzakirə olunacaq.

Biletləri www.inmerge.az ünvanından əldə etmək olar. Ətraflı məlumat və biletləri əldə etmək üçün sammitin rəsmi səhifəsinə və sosial media hesablarına müraciət etməyiniz kifayətdir.

spot_imgspot_img

Oxşar xəbərlər

IAB süni intellekt vasitəsilə edilən satışların ölçülməsi üçün yeni üsul təklif edib

IAB süni intellekt dialoqu zamanı edilən satışların hansı kanala aid edilməsini müəyyənləşdirən yeni ölçmə modeli təqdim edib.

Bitcoin 70 min dolların altına düşdü: dollar indeksi 19 aylıq zirvədə

Dollar indeksinin 19 aylıq zirvəyə çatması fonunda Bitcoin 70 min dolların, eter isə 2 min dolların altına düşüb.

Google Gemini ilə ağıllı eynəklərin ilkin sifarişini açdı

Google Gemini süni intellekti ilə işləyən ağıllı eynəklərin ilkin sifarişini açıb, qiymətlər 395 dollardan başlayır.

Hindistanın maliyyə cinayətləri orqanı CoinDCX və Delta birjalarına basqın edib

Hindistanın Maliyyə Cinayətləri İdarəetmə Orqanı CoinDCX və Delta kripto birjalarına qanunsuz sərhədyanı əməliyyatlar iddiası ilə basqın keçirib.

Nvidia-nın rəhbəri Censen Huanın istefası süni intellekt bazarını silkələdi

Nvidia baş direktoru Censen Huanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlar süni intellekt və kripto bazarlarında ciddi dalğalanmaya səbəb olub.
spot_img