OpenAI Slack şirkətinin baş direktorunu – Deniz Dresser-i gəlir direktoru vəzifəsinə edib

OpenAI korporativ müştərilərdən əldə olunan gəlirləri artırmaq məqsədilə Slack-ın baş direktoru Deniz Dresser-i chief revenue officer — gəlir direktoru vəzifəsinə gətirib.

Dresser 2023-cü ildə Slack-ın baş direktoru olmuşdu, bundan əvvəl isə 12 il Salesforce-da çalışmışdı. Bloomberg yazır ki, OpenAI-də o, ilk növbədə korporativ müştərilərdən əldə olunan gəlir strategiyasına cavabdeh olacaq. Nəşrin qeydinə görə, bu təyinat OpenAI-nin öz məhsullarının biznes sektorunda tətbiqini genişləndirmə cəhdidir.

Bloomberg bildirir ki, OpenAI neyron şəbəkələrinin (Sİ – Süni İntellekt infrastrukturu) inkişafına yatırılan investisiyaları əsaslandırmaq üçün gəlirini sürətlə artırmalıdır – şirkət təkcə Sİ infrastrukturu üçün ən azı 1,4 trilyon dollar xərcləməyi planlaşdırır. TechCrunch isə Dresser-in rolunu “şirkətin gəlirliyə çevrilməsi üçün əsas” kimi qiymətləndirir.

Wired-in məlumatına görə, Slack-ın müvəqqəti baş direktoru vəzifəsini şirkətin məhsul direktoru Rob Siemen yerinə yetirəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img