OpenAI ChatGPT daxilində monetizasiya imkanları olan tətbiqlər mağazasını istifadəyə verib

Tərtibatçılar burada öz xidmətlərini yerləşdirə biləcəklər.

OpenAI ChatGPT platforması daxilində monetizasiya imkanları olan tətbiqlər mağazasını işə salıb. Şirkət ChatGPT ilə inteqrasiya olunmuş bütün tətbiqlərin yer aldığı kataloq təqdim edib.

Bu kataloqa Canva, Adobe Photoshop, Uber, Spotify, Apple Music, TripAdvisor, Slack, Zoom, Microsoft Teams və Airtable kimi məşhur xidmətlər daxildir. Eyni zamanda, daha əvvəl “Konnektorlar” bölməsi vasitəsilə qoşulan Google DiskOutlook xidmətləri də artıq bu mağazada yer alır.

Tətbiqlər mağazasında yer almaq üçün OpenAI platformasında xüsusi forma doldurmaq tələb olunur. Əsas şərtlər arasında tətbiqin orijinal olmasıistifadəçi yönümlü dizayna malik olması göstərilir. Tərtibatçılar tətbiqlərini Anthropic şirkətinin Model Context Protocol-una əsaslanan SDK standartı vasitəsilə yarada bilərlər.

Mağazada yerləşdirilən tətbiqlərə abunəlik əsasında premium funksiyalar, reklamdaxili alışlar əlavə etməklə gəlir əldə etmək mümkündür.

OpenAI 2026-cı ildə monetizasiya imkanlarını daha da genişləndirməyi, o cümlədən rəqəmsal məhsulların dəstəklənməsikomissiya mexanizmlərinin tətbiqini planlaşdırır.

Qeyd edək ki, OpenAI 6 oktyabr 2025-ci ildə ChatGPT-də üçüncü tərəf xidmətlərlə inteqrasiyanı tətbiq edib. Bu xidmətləri xüsusi ikon vasitəsilə çağırmaq və çat-bota təbii dildə tapşırıqlar vermək mümkündür. Tətbiqlər bütün istifadəçilər üçün pulsuz əlçatandır və istifadəçi bu funksiyanı aktiv edərsə, ChatGPT-nin “Yaddaş” bölməsindəki məlumatlardan istifadə edə bilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Rostic`s franşizi “Fast Food Market” iflas müraciəti etməyi planlaşdırır

Rostic`s brendi altında fəaliyyət göstərən Fast Food Market iflas müraciəti etməyi planlaşdırır.

SBI Group dtcpay üçün 25 milyon dollarlıq maliyyələşdirməyə qoşuldu

Yaponiyanın SBI Group şirkəti stabilcoin ödəniş şirkəti dtcpay-ın 25 milyon dollarlıq maliyyələşdirmə raunduna qoşulub.

Süni intellekt sənayesi yavaşlamağa həqiqətən hazırdırmı?

Süni intellekt rəhbərlərinin yavaşlama çağırışları ilə real investisiya davranışları arasındakı ziddiyyət müzakirə olunur.

Insomniac Marvel’s Wolverine oyununda süni intellekt istifadə etdiyini təkzib etdi

Insomniac Games Marvel's Wolverine oyununda süni intellekt istifadə edildiyi barədə iddiaları təkzib edib.

ScrollEd dərslikləri TikTok formatına çevirən startup kimi təqdim olundu

Palo Alto mərkəzli ScrollEd dərslikləri sürüşdürülə bilən sosial media lentinə çevirən yeni startup kimi təqdim olunub.
spot_img