NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika, Neokart sahibləri üçün ölkədə ilk dəfə olaraq KEŞBEK şərtlərini MÜŞTƏRİLƏRİN ÖZLƏRİ İSTƏDİYİ KİMİ TƏYİN ETMƏ imkanı yaratdı.

Artıq bankınızın neçə faiz keşbek təklif edəcəyini gözləməyə, həmçinin fərqli keşbek paketləri arasında seçim etmək məcburiyyətində qalmayacaqsınız. Belə ki, NeoKart sahibləri, hər ay arzuladıqları “Supermarket”, “Geyim mağazaları”, “Restoran və kafe”, “YDM” kimi sevimli kateqoriyaları seçərək 5%-dək maksimal faiz dərəcəsini təyin edə biləcək.

Bunun üçün hər ayın əvvəli sadəcə Mobil Şöbə tətbiqində “Neobonus Kateqoriyaları” menyusuna daxil olub, arzuladığınız kateqoriyalar üzrə keşbek faizlərini təyin etmək kifayətdir.

Bununla yanaşı, NeoKart sahibləri əvvəlki kimi Neo Qalaktika tərəfdaş şəbəkəsində 55%-ə qədər keşbek qazanacaqlar. Nəzərinizə çatdıraq ki, NeoKart sahibləri qazandıqları bonusları həm Keşbek, həm də Mil, Danışıq Dəqiqələri və İnternet Giqabaytlarına dəyişə bilərlər.

Əgər Siz hələ də NeoKart sahibi deyilsinizsə, banka gəlmədən sifariş edin və kart evinizə pulsuz çatdırılacaq.

spot_imgspot_img

Oxşar xəbərlər

XRP kripto bazarından pul çıxışı fonunda 2024-cü ilin noyabrından bəri ən aşağı səviyyəyə düşdü

XRP kəskin enişlə 2024-cü ilin noyabrından bəri ən aşağı səviyyəsinə geriləyib; bazar iştirakçıları bunu vəsait axını və ETF çıxışları ilə izah edirlər.

Apple-ın süni intellekt dəstəkli Siri-si rəqiblərindən nə üçün geri qalır?

Apple-ın süni intellekt dəstəkli Siri köməkçisi aparılan testlərdə Gemini və Alexa+ rəqiblərindən geri qalıb.

Microsoft Outlook, Teams və Copilotda qlobal sıradançıxma: xidmətlər bərpa olundu

Microsoft-un Outlook, Teams və Copilot xidmətlərində baş verən qlobal nasazlıq bir gündən çox davam edib və aviaşirkətlər, maliyyə sektoru və dövlət platformalarına təsir göstərib.

Sun PhuQuoc Airways Moskva ilə Fukuok arasında birbaşa reyslərə başladı

Sun PhuQuoc Airways aviaşirkəti Moskva ilə Vyetnamın Fukuok adası arasında birbaşa reyslərə başlayıb. Yeni marşrut turizm və biznes səfərləri baxımından əhəmiyyətli imkanlar yaradır.

Nvidia-nın süni intellekt startup investisiyaları Jensen Huang-ın ayrılışı ilə sual altında

Nvidia rəhbəri Jensen Huang-ın şirkətdən ayrılması süni intellekt startup-larının maliyyələşdirilməsində ciddi boşluq yarada bilər. İnvestorlar Nvidia-nın 105 investisiya raundundakı rolunu xatırladır.
spot_img