Nazirlər Kabineti texnoloji biznes inkubatoru rezidentləri ilə bağlı qərar verib

Nazirlər Kabineti “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, İdarəedici təşkilat inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 iş günü müddətində inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim edilir.

Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra inkubatorun qeydiyyat şəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydada nəzərdə tutulan müddətdə təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindən inkubatorun qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə göndərilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Claude Fable 5 Niyə Girişə Bağlandı? Amazon CEO-sunun Rolu

Anthropic-in Claude Fable 5 modeli Amazon CEO-sunun təsiri ilə yabancı istifadəçilərə bağlandı.

Qazaxıstan Bankları Müştərilər Uğrunda Yeni ‘Müharibə’ Başladı

Qazaxıstan bank sektoru müştəri cəlb etmək üçün yeni rəqabət dövrünə qədəm qoyub.

Bitcoin 48.000 Dollara Düşə Bilər: Tarixi Model Xəbərdarlıq Edir

Bitcoin qiymətinin 48.000 dollara düşə biləcəyi ilə bağlı tarixi model xəbərdarlıq edir.

Microsoft 365 Copilot Səhiyyə Sektorunda İnqilab Etdi: NHS 500 Min İşçiyə Tətbiq Edir

NHS İngiltərə, Microsoft 365 Copilot-u 500 mindən çox işçiyə tətbiq edərək səhiyyədə verimliliyi artırmağı hədəfləyir.

AI Startupları IPO-a Hazırlaşır: SpaceX Dalğasından Kimlər Yararlanacaq?

Süni intellekt startupları, SpaceX-in IPO dalğasını izləyək ictimai bazara çıxmağa hazırlaşır.
spot_img