“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən hazırlanan SİMA yeni nəsil rəqəmsal imza ilə “mygov” mobil tətbiqinə giriş artıq mümkündür.

Vətəndaşlar vahid giriş sistemi olan “digital.login” vasitəsilə “mygov” platformasına daxil olaraq müxtəlif dövlət qurumlarının təqdim etdiyi məlumatlara asanlıqla çatış imkanı əldə edirlər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platforması vətəndaşlara iş yeri, yaşayış ünvanı, ailə üzvləri, adına olan əmlak, təhsil diplomları, mobil nömrələr, cərimələr, etibarnamələr və s. kimi 40-dan çox rəqəmsal məlumat təqdim edir. Bununla yanaşı, şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm haqqında rəqəmsal sənədləri də bu platformada əldə etmək mümkündür. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod və ya PDF formatında paylaşa bilərlər.

Tətbiq, vətəndaşlara öz fərdi məlumatlarının dövlət qurumları tərəfindən istifadəsinə nəzarət etmə imkanı da yaradır. Eyni zamanda, ailə qurmaq, uşaq sahibi olmaq və ya ailə üzvünün vəfatı kimi həyat hadisələrinə aid dövlət xidmətləri də “mygov” üzərindən təqdim olunur.

SİMA İmzanı əldə etmək üçün sadəcə mobil telefona eyni adlı tətbiqi yükləmək kifayətdir və bu xidmətdən tamamilə ödənişsiz yararlanmaq mümkündür.

SİMA yeni nəsil rəqəmsal imza haqqında daha geniş məlumatı www.sima.az saytından və ya “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img