Milli Süni İntellekt Mərkəzi data mərkəzinin qurulmasına başlayıb

Azərbaycanın süni intellekt ekosisteminin inkişafı çərçivəsində Milli Süni İntellekt Mərkəzi bir sıra mühüm yenilikləri elan edib. Bakıda keçirilən “Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası” tədbirində Mərkəzin rəsmisi İbrahim Süleymanov həm infrastruktur sahəsində yenilikləri, həm istifadəyə verilmiş layihələri, həm də süni intellektin yaratdığı risklər barədə danışıb.

Data mərkəzinin qurulmasına start verilib

İbrahim Süleymanov bildirib ki, Mərkəz artıq yüksək güclü qrafik prosessor modullarının alışı və quraşdırılmasına başlayıb. Hazırda avadanlıqların inteqrasiyası aparılır və yaxın zamanlarda dövlət qurumları süni intellekt layihələrini məhz bu data mərkəzi üzərindən işlədə biləcəklər.

O qeyd edib ki, Mərkəz universitetlərlə əməkdaşlığı genişləndirir və tələbələrlə startup layihələrinə başlanılması planlaşdırılır.

Bundan əlavə, tələbə və gənclər üçün daimi fəaliyyət göstərəcək AI yarışma platforması istifadəyə veriləcək. Platformada iştirakçılar süni intellekt üzrə hazırladıqları həlləri təqdim edəcək və ən uğurlu layihələr mükafatlandırılacaq.

Mərkəz həmçinin Azərbaycan dilində süni intellekt verilənlər bazasının yaradılmasını strateji hədəflərdən biri kimi müəyyən edib. İnteqrativ tədris platforması vasitəsilə şagird və tələbələrin AI əsaslarını daha asan öyrənməsi üçün müvafiq tədris materialları hazırlanır.

3 yeni süni intellekt layihəsi istifadəyə verilib

Tədbirdə Mərkəzin üç yeni AI layihəsini istifadəyə verdiyi də elan edilib. Onlardan ən böyüyü e-qanun AI sistemidir. Bu layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə təşəbbüsüdür və istifadəçilərə hüquqi sənədlər arasında sürətli axtarış və sualların süni intellekt əsasında təhlilini aparmaq imkanı yaradır.

Mərkəzin məlumatına görə:

  • artıq 3 mindən çox icma üzvü formalaşıb,
  • 15-dən çox süni intellekt mütəxəssisi hazırlanıb,
  • hal-hazırda 100-dən artıq AI mühəndisi təhsil alır.

Bu göstəricilər ölkədə AI kadr potensialının formalaşmasının sürətləndiyini göstərir.

Süni intellektin riskləri: Standartların rolu

İbrahim Süleymanov çıxışında süni intellektin səmərələrinə toxunmaqla yanaşı, onun ciddi təhlükələr də daşıdığını vurğulayıb. Onun sözlərinə görə, ölkədə 8 dövlət AI standartı təsdiqlənib və onların dördü təkcə 2025-ci ildə qəbul olunub.

O xəbərdarlıq edib ki, standartların tətbiqi olmadan süni intellekt sistemlərinin yayılması:

  • etik problemlər,
  • şəxsi məlumatların təhlükəsizliyinin pozulması,
  • yanlış məlumatlarla öyrədilmə,
  • sistemlərə etibarın itməsi

kimi risklər doğura bilər.

Süleymanov bildirib ki, hətta kiçik texniki uğursuzluqlar belə ölkənin süni intellekt ekosistemində ümumi etibarsızlıq yarada bilər. Buna görə də həm etik, həm texniki, həm də təhlükəsizlik tələblərinə ciddi riayət edilməlidir.

spot_imgspot_img

Oxşar xəbərlər

EDX Markets və Verified X tokenləşdirilmiş bitcoin ticarəti üçün tərəfdaşlıq edir

EDX Markets və Verified X institusional spot ticarət üçün tokenləşdirilmiş bitcoin (vBTC) təqdim etmək üzrə tərəfdaşlıq elan edib.

Revolut özünəməxsus ətir yaratmağı planlaşdırır

Fintech nəhəngi Revolut öz brendini unikal ətirə çevirmək üçün ətir brendinq agentliyi axtarır.

TechCrunch Disrupt 2026 yan tədbirləri startup ekosistemi üçün imkanlar yaradır

TechCrunch Disrupt 2026 çərçivəsində San-Fransiskoda keçiriləcək yan tədbirlər startup sahibkarları və investorlar üçün yeni əlaqələr qurmaq imkanı yaradır.

Süni intellekt şirkətlərinin top-menecerləri neyron şəbəkə fəlakətinə hazırlaşır

Süni intellekt şirkətlərinin top-menecerləri neyron şəbəkələrinin iştirakı ilə baş verə biləcək fəlakətli insidentə hazırlaşır.

Elon Musk Hindistanın Starlink buraxılışının gecikməsində Ambanini günahlandırır

Elon Musk Hindistanda Starlink buraxılışının gecikməsinə görə Mukesh Ambanini günahlandırır və telekom rəqabətində gərginlik artır.
spot_img