“m10” aktiv olmayan hesablardan xidmət haqqı tutacaq

Rəqəmsal ödəniş platforması “m10” istifadə qaydalarında dəyişiklik edib.

Xəbər verilir ki, yeniliklər İstifadə Qaydalarının “11. Xidmət haqqı və valyuta mübadiləsi məzənnəsi” bölməsində öz əksini tapıb.

Qeyd edək ki, “m10” istifadəçilərə müxtəlif maliyyə əməliyyatlarını mobil tətbiq vasitəsilə həyata keçirməyə imkan verir. Platforma üzərindən gündəlik ödənişləri həyata keçirmək, bank kartlarını idarə etmək, pul köçürmək, kommunal və digər xidmətlərin ödənişini etmək mümkündür.

“m10″da qeyri-aktiv hesablar üzrə aylıq 5 manat xidmət haqqı tutulacaq

Yenilənmiş qaydalara əsasən, sənədin 11.4-cü bəndində aşağıdakılar qeyd olunub:

“Ödəniş hesabında hər hansı məbləğdə vəsait olan İstifadəçinin m10 Platformasında açılmış ödəniş hesabı üzrə son ödəniş əməliyyatı tarixindən etibarən ardıcıl 12 (on iki) ay müddətində heç bir ödəniş əməliyyatı həyata keçirilmədiyi təqdirdə, “PashaPay” həmin hesabı qeyri-aktiv hesab kimi təsnif edir və İstifadəçiyə bu barədə “m10” Platforması və ya digər əlaqə vasitəsilə bildiriş göndərir. Qeyri-aktiv hesabın əməliyyat sistemində saxlanılması və xidmət göstərilməsi ilə əlaqədar “PashaPay” tərəfindən aylıq 5 (beş) manat məbləğində xidmət haqqı tətbiq edilir. Xidmət haqqı İstifadəçinin ödəniş hesabının balansında olan vəsaitlərdən birtərəfli qaydada tutulur. Balansda mövcud vəsaitin xidmət haqqı məbləğindən az olduğu təqdirdə, xidmət haqqı hesabda olan faktiki vəsait məbləği həddində tutulur. Hesabda vəsait olmadığı təqdirdə xidmət haqqı tətbiq edilmir”.

Bundan əlavə, istifadə qaydalarının 11.5-ci bəndində qeyd olunur ki, istifadəçi anlayır və qəbul edir ki, “m10” Platforması üzərindən xidmətlərin göstərilməsi ilə əlaqədar “PashaPay”in əməkdaşlıq etdiyi digər ödəniş xidməti təchizatçıları da öz növbəsində xidmət haqqı tətbiq edə bilərlər. “PashaPay” bu cür xidmət haqqının növü və məbləği üçün məsuliyyət daşımır.

Mənbə: Valyuta.az

spot_imgspot_img

Oxşar xəbərlər

Rivian-ın növbəti mərhələsi: süni intellekt nəqliyyatın gələcəyini necə dəyişir

Rivian elektrik avtomobil istehsalı ilə yanaşı proqram təminatı və avtonom idarəetmə həllərinə diqqət yetirir; süni intellekt nəqliyyatın gələcəyində əsas amilə çevrilir.

OpenAI insansı robot dünyasına girir: 2027-ci il üçün demo hədəfi

OpenAI insansı robot projesi üzərində çalışır və 2027-ci ildə demo təqdim etməyi hədəfləyir; əsas diqqət robotun süni intellekt əsaslı idarəetmə sisteminə verilir.

Latviya 2027-ci ildən kripto vergilərini ödənişlə tətbiq etməyi planlaşdırır

Latviya parlamenti kripto çıxarışlarını vergiyə cəlb edən qanunu qəbul edib və 2027-ci ildən vergilərin ödənişlə tətbiqini planlaşdırır.

Azərbaycanda kredit risklərini qiymətləndirən yeni model hazırlanıb

Mastercard ilə əməkdaşlıq çərçivəsində hazırlanan yeni model müştərilərin kredit ödənişlərini gecikdirmə ehtimalını müəyyənləşdirməyə imkan verir.

Kripto auditləri investorlara yalançı təhlükəsizlik hissi verir: III rübdə 1,18 milyard dollar itki

Hacken-in hesabatı göstərir ki, III rübdə kripto itkiləri 1,18 milyard dollara çatıb və bunun 77%-i auditdən kənar risklərlə bağlıdır.
spot_img